Pleyeri seçin:

Enerji təhlükəsizliyini istəyənlər bunu etməlidir | Rusiyanın zərərlə işləyən şirkətinin adı

10 oktyabr 2024 266 baxış

2024-cü ilin sonunda Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilənin müddəti başa çatır.

Ukraynanın Baş naziri Denis Şmıqal bəyan edib ki, Kiyev Moskva ilə bu sazişin müddətinin uzadılmasını müzakirə etməyi planlaşdırmır.

Əksər Avropa İttifaqı ölkələri üçün bu vəziyyət problem deyil, lakin Avstriya, Slovakiya və Macarıstanla bağlı durum fərqlidir.

Boru kəmərləri ilə ixracdan başqa İspaniya, Fransa, Belçika və Niderland da Rusiyadan tankerlərlə mayeləşdirilən təbii qaz alırdı.

Aİ ilə Macarıstan arasında siyasi fikir ayrılıqları fonunda Ursula fon der Lyayen Viktor Orbanı enerji məsələsində fərqli mövqe tutmaqda ittiham edib.

2021-ci ildə Aİ-nin enerji idxalında Rusiyanın boru kəmərləri ilə ixrac etdiyi qazın payı 40 % idisə, 2023-ci ildə bu rəqəm cəmi 8 % təşkil edib. Elə bu səbəbdən də “Qazprom” “Forbes” jurnalının 2023-cü ilin sonunda Rusiyanın ən zərərlə işləyən şirkətləri reytinqində birinci yeri tutub.

Şirkətin 2023-cü il üçün xalis zərəri 583,1 milyard rubl təşkil edib. Bu, şirkətin son 25 ildə ilk itkisidir.

Beynəlxalq Enerji Agentliyi xəbərdarlıq edib ki, əgər qış sərt olsa, Rusiya qazının Ukrayna ərazisində tranzitindən imtina bu qış Avropanın bəzi ölkələri üçün problem yarada bilər.

Bundan əlavə, Rusiya qazını əvəz edəcək yeni müqavilələr və yeni marşrutlar xərclərin artmasına səbəb olacaq.

Avropanın ən böyük iqtisadiyyatına malik Almaniya bəyan edib ki, Ukraynanın Rusiya qazının Avropaya tranzitini dayandırmaq qərarından narahat deyil. Almaniya maye qaz terminalları hətta sahilə çıxışı olmayan Avropa ölkələrinin də qaz çatışmazlığı problemindən xilas olmasına kömək edə bilər.

Maraqlıdır, Avropa bu qazı haradan alır? Ümumiyyətlə, sözügedən müqavilənin dayandırılması nələrə səbəb ola bilər? 

Azərbaycanda 3 il stajı olan məhkəmə hakimləri güzəştli ipoteka krediti ala biləcək - Baku TV

Azərbaycanda 3 il stajı olan məhkəmə hakimləri güzəştli ipoteka krediti ala biləcək - Baku TV

Siyasət
21 aprel 2026 266 baxış
Azərbaycandan Ermənistana 16 vaqon dizel yanacağı göndərilib

Azərbaycandan Ermənistana 16 vaqon dizel yanacağı göndərilib

Siyasət
21 aprel 2026 266 baxış
Azərbaycandan Ermənistana yanacaq ixracı | Detallar açıqlandı - Baku TV

Azərbaycandan Ermənistana yanacaq ixracı | Detallar açıqlandı - Baku TV

Siyasət
21 aprel 2026 266 baxış
Ağdam şəhərinə daha 92 ailə yola salınıb | ABŞ–İran danışıqları bərpa olunacaq? - YENİ BİR SƏHƏR

Ağdam şəhərinə daha 92 ailə yola salınıb | ABŞ–İran danışıqları bərpa olunacaq? - YENİ BİR SƏHƏR

Siyasət
21 aprel 2026 266 baxış
Orta Dəhliz Avropa üçün niyə əhəmiyyət daşıyır? - Baku TV

Orta Dəhliz Avropa üçün niyə əhəmiyyət daşıyır? - Baku TV

Siyasət
21 aprel 2026 266 baxış
Pakistanda danışıqların 2-ci raundu reallaşacaq? - Baku TV

Pakistanda danışıqların 2-ci raundu reallaşacaq? - Baku TV

Siyasət
20 aprel 2026 266 baxış
ABŞ və İran arasındakı gərginliyə Ermənistan necə reaksiya verdi? - BİZDƏN NƏ DANIŞIRLAR?

ABŞ və İran arasındakı gərginliyə Ermənistan necə reaksiya verdi? - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
20 aprel 2026 266 baxış
Hər iki ölkənin səfirləri XİN-ə çağırıldı - Baku TV CANLI

Hər iki ölkənin səfirləri XİN-ə çağırıldı - Baku TV CANLI

Siyasət
20 aprel 2026 266 baxış
Bakı mühüm foruma ev sahibliyi edəcək | Tehran və Vaşinqton nəyi və kimi gözləyir? - YENİ BİR SƏHƏR

Bakı mühüm foruma ev sahibliyi edəcək | Tehran və Vaşinqton nəyi və kimi gözləyir? - YENİ BİR SƏHƏR

Siyasət
20 aprel 2026 266 baxış
Aleksandar Vuçiç İlham Əliyevə zəng edib | Prezidentlər hansı məsələlərdən danışdı? - Baku TV

Aleksandar Vuçiç İlham Əliyevə zəng edib | Prezidentlər hansı məsələlərdən danışdı? - Baku TV

Siyasət
19 aprel 2026 266 baxış
Seçilmişlər
icon