Pleyeri seçin:

Erməni fəal terrorçu separatçıların həbsindən danışdı: Olanlardan heç İrəvan da narahat deyil

06 oktyabr 2023 354 baxış

Azərbaycanın Qarabağda həyata keçirdiyi uğurlu lokal xarakterli antiterror tədbirləri ölkə suverenliyinin bərpası ilə yanaşı, qondarma rejimin bir sıra rəhbər şəxslərinin də saxlanılaraq Bakıya gətirilməsi ilə nəticələndi.

Ancaq separatçıların liderlərinin həbsinə, deyəsən, heç İrəvanda üzülənlər də olmadı. Hətta antiterror tədbirləri zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağ məsələsinə görə Azərbaycanla münasibətlərin korlanmasının tərəfdarı olmadığını deməsi onsuz da mövcud olmayan qondarma respublika xəyallarına birdəfəlik son qoydu.

Bölgədə baş verən bu hadisələri Baku TV-yə şərh edən erməni fəal İşxan Verdyan bir çox məqamlara aydınlıq gətirməklə yanaşı, həbslərin gözlənilən olduğunu da dedi.

O bildirdi ki, Qarabağın cinayətkar simalarının həbsi heç də təsadüfi deyil. Onlar layiqli cəzalarını almalıdırlar:

“Həbs edilənlər dindiriləndə isə əminəm ki, Qarabağda cərəyan edən bir çox gizli, üstü örtülü və qanundan kənar özbaşınalıqlar ifşa ediləcək. Sözügedən cinayət əməllərindən bəhs edərkən mən təkcə ayrı-ayrı şəxslərin əməllərini deyil, həm də beynəlxalq oyunları da nəzərdə tuturam. Əminəm ki, Azərbaycanın hüquq mühafizə orqanları dindirmələrdən sonra dünyaya qondarma rejimin əsl iç üzünü göstərə biləcək.

Bütün bu həbslərə rəsmi İrəvanın reaksiyası isə özünəməxsusdur. Saxlanılanların hansı cinayətlərdə əllərinin olduğu unudularaq, ara-sıra onların azad edilməsinə dair çağırışların səsləndirildiyini gördük. Amma bu dəstək cinayətkarların azadlığa buraxılması istəyindən və ya cəmiyyətin onları çox sevdiyindən irəli gəlmir. Sadəcə Ermənistan tərəfinin istənilən mövzuda Azərbaycanla ədavətli münasibət nümayiş etdirmək kimi vərdişləri var”.

İşxan Verdyanın sözlərinə görə, İrəvanda heç kim saxlanılan şəxslərin günah sahibi olduğunu və onların Qarabağda cinayətlərə imza atması faktını etiraf etmək istəmir: “Bütün bunların Azərbaycan rəhbərliyinin verəcəyi qərara təsir etməyəcəyinə əminəm”.

Banner
Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Siyasət
07 noyabr 2026 354 baxış
Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 354 baxış
İrəvanın yeni təhlükəsizlik axtarışı

İrəvanın yeni təhlükəsizlik axtarışı

Siyasət
07 noyabr 2026 354 baxış
Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Siyasət
07 noyabr 2026 354 baxış
Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 354 baxış
Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Siyasət
07 noyabr 2026 354 baxış
Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Siyasət
07 noyabr 2026 354 baxış
İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
07 noyabr 2026 354 baxış
Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Siyasət
07 noyabr 2026 354 baxış
Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Siyasət
07 noyabr 2026 354 baxış
Seçilmişlər
icon