Pleyeri seçin:

Separatçılıqla bağlı "sənəd" | Erməni bloger separatçıları yıxıb sürüdü

25 dekabr 2023 574 baxış

“Samvel Şahramanyanın, əslində, nə etdiyi məlum deyil. Onun separatçı rejimin ləğvi ilə bağlı qərarından imtina etməsi xəbəri bu rejimin hansısa “məmur”undan gəldi. Orada söhbət əvvəlki sənədi avtomatik ləğv edən imzalanmış yeni sənəddən gedirdi”.

Bu sözləri erməni bloger İşxan Verdyan Samvel Şahramanyanın separatçı rejimin ləğvi ilə bağlı qərarından imtina etməsi haqqında danışarkən deyib.

“İmzalanan” yeni sənədin heç bir ciddi təsiri olmadığını deyən erməni bloger bildirib ki, separatçıların verdiyi bəyanatlar Ermənistan cəmiyyətində əhəmiyyət daşımır:

“Əslində, belə sənəddən nə qədər istəsən, imzalamaq olar, onlar heç bir şeyə təsir etmir. Ermənistan hökuməti ölkədəki istənilən kvazi-hakimiyyət strukturunun dövlət təhlükəsizliyinə təhdid olduğunu yüksək səslə bəyan edib. Cəmiyyətin əksəriyyəti isə bu “məmurları” açıq şəkildə ələ salır və onların məsuliyyətə cəlb olunmasını tələb edir.

Ermənistanda “Qarabağ məmurlarının”, hətta özlərinin keçmiş təbəələrinin Qarabağdan olan ermənilər arasında nüfuzu yoxdur. Bu adamların dediyi bəyanatlara əhəmiyyət verilməməlidir. Onlar bugünkü gündə heç nəyə təsir etmirlər”.

İ.Verdyan bildirib ki, “Artsax” məsələsinin həll olunmadığı ilə bağlı verilən bəyanatlar revanşist xarakterlidir və cəmiyyətdə sabitliyi pozmağa yönəlib:

“Deputat, general Seyran Ohanyan “Artsax” məsələsi hələ həll olunmayıb” deyəndə nəyə ümid edir? Bu, Qarabağ klanının bütün KİV-lərində standart olaraq müşahidə olunan adi revanşist ritorikasıdır.

Qarabağ məmurları isə həmişə bu klanın başında dayanıblar. Ona görə də onların addımları revanşistlərin məntiqinə tam uyğundur. Bəli, onlar həmişə çılğın bəyanatlar veriblər, indi də elə edirlər. Bu cür açıqlamaların məqsədi isə Ermənistanın daxili siyasi meydanında sabitliyi pozmaq olub”.

Banner
Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Siyasət
07 noyabr 2026 574 baxış
Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 574 baxış
İrəvanın yeni təhlükəsizlik axtarışı

İrəvanın yeni təhlükəsizlik axtarışı

Siyasət
07 noyabr 2026 574 baxış
Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Siyasət
07 noyabr 2026 574 baxış
Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 574 baxış
Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Siyasət
07 noyabr 2026 574 baxış
Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Siyasət
07 noyabr 2026 574 baxış
İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
07 noyabr 2026 574 baxış
Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Siyasət
07 noyabr 2026 574 baxış
Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Siyasət
07 noyabr 2026 574 baxış
Seçilmişlər
icon