Erməni qadının meyiti niyə təhvil götürülmür? - Düz 5 aydır ki...
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan beş aya yaxındır Xankəndidə ölən erməni qadının meyitinin təhvil alınmasına heç bir münasibət bildirmir.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimatında deyib.
Onun sözlərinə görə, 1954-cü il təvəllüdlü, erməniəsilli Vera Varaşakovna Ağasyanın 2024-cü il oktyabrın 20-də Xankəndi şəhərində yaşadığı ünvanda xəstəlikdən vəfat etməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfi və övladları məlumatlandırılıb:
"Meyitin təhvil verilməsi üçün bütün zəruri sənədləşmə işləri aparılıb, hətta cari ilin fevral ayında vasitəçilərin iştirakı olmadan sərhəddə keçirilmiş görüş zamanı məsələ Ermənistanın nümayəndə heyətinin birbaşa diqqətinə çatdırılıb. Buna baxmayaraq, qarşı tərəf beş aya yaxındır meyitin təhvil alınmasına heç bir münasibət bildirmir".
#Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) teqi istifadə olunub
- Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV
- DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxalayıb - Baku TV
- Təqsirləndirilən şəxslərin xarici rəsmilərin güdülməsinə cəlb olunduğu bildirilib - Baku TV
- İtkinlərin taleyinin aydınlaşdırılması üçün İrəvandan konkret addım gözlənilir - Baku TV
- DTX saxta mesaj və hesablarla bağlı xəbərdarlıq edir - Baku TV
