Pleyeri seçin:
Erməni sakinlərin sonuncu avtobus karvanı Qarabağı tərk etdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana yola düşən erməni sakinlərin sonuncu avtobus karvanını müşayiət edib.
Bu barədə Rusiya sülhməramlılarının rəsmi saytında məlumat verilib.
Xatırladaq ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının təmin edilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ərazidə fəaliyyətə başlayıblar. Dövlət orqanları əməkdaşlarının bölgədə fəaliyyəti Qarabağda yaşayan erməni sakinlərin yerli cəmiyyətə reinteqrasiyasının daha sürətli həyata keçirilməsinə, həmçinin sosial-humanitar ehtiyaclarının qarşılanmasında səmərəliliyin artırılmasına imkan yaradacaq.
Kopyalandı
#Qarabağ teqi istifadə olunub
- Prezident İlham Əliyevin Qarabağa səfərindən görüntülər - Baku TV
- “Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV
- "Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
