Ermənilərin Göyçədən deportasiya etdiyi xalqlar | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Verilişin budəfəki qonağı araşdırmaçı Sabutay Hacıyev olub. O, doğulub boya-başa çatdığı Göyçə mahalı, Basarkeçər rayonu, Nərimanlı kəndindən, məktəb illərindən, uşaqlıq və yeniyetməlik xatirələrindən söhbət açıb.
“Qərbi Azərbaycan mənim üçün qibləgahdır, ürəyimdə yaşatdığım Vətən həsrətidir”, – deyən müsahib Göyçənin təbiətinin gözəlliyini sözlə tam ifadə etməyin qeyri-mümkün olduğunu vurğulayıb. Bildirib ki, Nərimanlı kəndi ərazisində Qafqaz Albaniyası dövrünə məxsus qəbiristanlıq, tarixi abidə olub. Onun sözlərinə görə, ermənilər zaman-zaman saxtakarlıq edərək xristian türklərə məxsus olan bu abidələri mənimsəyiblər.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasətindən danışan S.Hacıyev qeyd edib ki, 1988-ci il hadisələrində azərbaycanlılar Qərbi Azərbaycandan tamamilə deportasiya edildikdən sonra ermənilər orada yaşayan digər xalqların nümayəndələrinə də eyni münasibəti göstəriblər:
“Basarkeçər rayon mərkəzindəki 3 nömrəli rus məktəbində orta təhsil alırdım. Mənimlə eyni sinifdə rus, yunan, alman, ukraynalı, belarus və kalmıklar da təhsil alırdılar. Eyni zamanda bu millətləri təmsil edən, müxtəlif fənlərdən bizə dərs deyən müəllimlərimiz də var idi. 1988-ci ildə azərbaycanlılar deportasiya olunandan sonra qeyd etdiyim xalqların mümayəndələri də çoxsaylı təzyiq, təhdid, hədə-qorxu və fiziki zorakılıqlarla üzləşiblər. Məcburiyyət qarşısında qalıb Qərbi Azərbaycanı tərk ediblər”.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?
- Keçmişin izləri üzə çıxdı | Alagöz kəndi ilə bağlı nələr aşkarlandı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV
- Tarixi kitabın təqdimatı keçirildi | İrəvan qazılığı barədə hansı məlumatlar toplanıb? - Baku TV
