Siyasət
Pleyeri seçin:

Ermənistan Bakıya yeni mina xəritələri verdi | Paşinyandan növbəti oyun

12 fevral 2024

Ermənistan işğaldan azad edilən ərazilərdə mövcud olan mina sahələrinə dair 8 formulyarı Azərbaycana təqdim edib.

Bu barədə Minatəmizləmə Agentliyindən məlumat verilib.

Bildirilib ki, təqdim olunan formulyarlar əsasən Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir.

ANAMA vurğulayıb ki, normativ texniki qaydalara əsasən, mina sahələrinin formulyarlarında istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə üsullarına dair məlumatlar qeyd olunur.

Bildirilir ki, əvvəl olduğu kimi son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib.

“Ümumilikdə mina sahələrinə dair Ermənistanın təqdim etdiyi formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir. Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib”, – deyə ANAMA-nın məlumatında bildirilib.

Qeyd olunub ki, Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair 2021-ci ildə verilmiş məlumatların dəqiqliyi 25% təşkil edib.

“Baş verən mina hadisələrinin statistikasına nəzər salsaq, təkcə keçmiş təmas xətti boyu ərazilərin deyil, eyni zamanda yaşayış məntəqələrinin, əkin sahələrinin, çay kənarlarının, meşə massivlərinin, məzarlıqların minalarla yüksək səviyyədə çirkləndiyinin şahidi oluruq. İkinci Qarabağ müharibəsindən sonra 345 nəfər mina qurbanından 247 nəfəri keçmiş təmas xəttindən kənarda baş verən mina hadisələri nəticəsində həlak olub və ya müxtəlif dərəcədə bədən xəsarətləri alıb. Mülki təyinatlı ərazilərin kütləvi şəkildə minalanması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması ilə yanaşı, insanlıq əleyhinə törədilən cinayətdir”, – deyə ANAMA-dan bildirilib.

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

Siyasət
22 noyabr 2024
Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Siyasət
22 noyabr 2024
BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

Siyasət
22 noyabr 2024
Bunu etiraf etməsək… | COP29-da inkişaf etmiş ölkələrə çağırış

Bunu etiraf etməsək… | COP29-da inkişaf etmiş ölkələrə çağırış

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə mühüm müzakirələr | Əməkdaşımız ən son məlumatları çatdırdı

COP29-un 12-ci günündə mühüm müzakirələr | Əməkdaşımız ən son məlumatları çatdırdı

Siyasət
22 noyabr 2024
"Ermənilər xizəksürmə üzrə Ermənistan çempionu Elbəy Novruzovu qətlə yetirdilər"

"Ermənilər xizəksürmə üzrə Ermənistan çempionu Elbəy Novruzovu qətlə yetirdilər"

Siyasət
22 noyabr 2024
COP29 Sədrliyindən danışıqlarda son vəziyyətlə bağlı bəyanat | Həll yolunu tapmayan məsələlər üçün…

COP29 Sədrliyindən danışıqlarda son vəziyyətlə bağlı bəyanat | Həll yolunu tapmayan məsələlər üçün…

Siyasət
22 noyabr 2024
Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Siyasət
22 noyabr 2024
Pərviz Şahbazov Türkiyədə nazir Alparslan Bayraktarla görüşdü

Pərviz Şahbazov Türkiyədə nazir Alparslan Bayraktarla görüşdü

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon