Ermənistan siyahı hazırladı | Hansı ərazilər Azərbaycana geri qaytarılır?
Sərhədin delimitasiya və demarkasiyasının növbəti mərhələsində Kərki kəndi Azərbaycana təhvil veriləcək.
Bu barədə erməni mediası məlumat yayıb. Nəşr bildirib ki, Ermənistan hökumətinin son iclasında Qarabağı könüllü tərk edən ermənilər üçün mənzil proqramlarının siyahısının təsdiqi və maliyyələşdirilməsi barədə qərar qəbul edilib.
Siyasətçi Mesrop Arakelyanın sözlərinə görə, Kərki təsdiq edilmiş kənd və qəsəbələr siyahısında olmayıb. Ermənistanın bütün digər sərhədyanı kəndləri siyahıda yer alıb.
Siyasətçi qeyd edib ki, hakimiyyətin bu qərarı Kərkini təhvil vermək niyyətini göstərir. O, bunun tezliklə olacağını istisna etmir.
Məlumat üçün bildirək ki, Baş nazir Nikol Paşinyan bir müddət əvvəl Qazaxın 4 kəndinin, Kərki və digər eksklavların Ermənistanın 29,8 min kvadratkilometr ərazisinə daxil olmadığını açıqlayıb.