Ermənistan və Azərbaycan arasında qarşılıqlı yükdaşıma başlaya bilər?
Yeniliklərdən dərhal xəbərdar olun
İrəvan Bakıya dəmir yolu ilə qarşılıqlı yükdaşımalara başlamağı təklif edib, müvafiq təklif Azərbaycan tərəfinə göndərilib.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 31-i keçirilən mətbuat konfransında bildirib.
"Biz Azərbaycana kommunikasiyaların açılması məsələsinin konkret həll yolunu təklif etmişik. Burada həm Ermənistanın, həm də Azərbaycanın mövqeyi nəzərə alınır. Bu mövqeləri nəzərə almaqla biz Bakıya Azərbaycanın qərb rayonlarından Ermənistanın Mehri şəhəri vasitəsilə Naxçıvana və əks istiqamətdə dəmir yolu nəqliyyatı ilə yük daşımalarına başlamağı təklif edirik", – deyə N.Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, İrəvan həmçinin Bakıya Naxçıvan ərazisindən keçməklə Mehriyə dəmir yolu ilə yükdaşımalarına başlamağı da təklif edir.
"Gələcəkdə müvafiq atmosfer yaranarsa, sərnişin daşımaları barədə də düşünməyə başlayacağıq. Biz Azərbaycanın müsbət reaksiyasını gözləyirik", – deyə Nikol Paşinyan qeyd edib.
#Ermənistan teqi istifadə olunub
- Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV
- Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Sülh sazişi ərəfəsində mühüm gediş | Yeni Konstitusiya, yoxsa vaxt qazanmaq cəhdi? - Baku TV
- Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV
- Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV
