Siyasət
Pleyeri seçin:

Ermənistanı silahlandırmaqla buna çalışırlar | QAİ-dən Fransaya reaksiya

19 iyul 2024

Fransa Prezidenti Emmanuel Makron Birləşmiş Krallığın Vudstok şəhərində baş tutan Avropa Siyasi İcmasının sammitində keçirdiyi mətbuat konfransında ölkəsinin Ermənistanı silahlandırmasına haqq qazandırmağa və Azərbaycana böhtan atmağa cəhd edib.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, 2020-ci ildə Azərbaycanın öz ərazilərini 30 illik işğaldan azad etməsini mənfi müstəvidə təqdim etməyə cəhd edən Fransa Prezidentinə xatırladırıq ki, 44 günlük Vətən Müharibəsi BMT Nizamnaməsinin müddəalarının və Təhlükəsizlik Şurasının konkret qətnamələrinin icrasını təmin etməklə beynəlxalq hüququn və ədalətin təntənəsi olmuşdur.

Prezident Makron bu şanlı tarixə qara yaxmağa cəhd etmək əvəzinə Fransanın uzun illər ərzində Ermənistanı dəstəkləyərək onu Azərbaycan ərazilərinin işğalını davam etdirməyə cəsarətləndirməsinə görə öz ölkəsinin məsuliyyətini etiraf etməlidir.

"Vurğulamaq lazımdır ki, Azərbaycan ərazilərinin 20 faizini zəbt edərək, 30 il ərzində işğal altında saxlamış Ermənistana Fransanın silah satması ordusunda və bir çox siyasi dairələrində revanşist hisslərin hakim olduğu bu ölkəni Azərbaycana qarşı təkrar müharibəyə sövq etmək və regionu qana çalxalamağa xidmət edir.

Qərbi Azərbaycan İcması Fransadan Ermənistanı silahlandırmasını və digər pozucu əməllərini dərhal dayandırmağı tələb edir", – bəyanatda deyilib.

Məzahir Pənahov seçki məntəqələrindəki hazırlıqlardan danışdı

Məzahir Pənahov seçki məntəqələrindəki hazırlıqlardan danışdı

Siyasət
19 iyul 2024
Məzahir Pənahovdan seçki ilə bağlı açıqlama | Proses getdikcə sürətlənir

Məzahir Pənahovdan seçki ilə bağlı açıqlama | Proses getdikcə sürətlənir

Siyasət
19 iyul 2024
Fransanın strateji hədəfi nədir? | Ekspertlərdən vacib açıqlama

Fransanın strateji hədəfi nədir? | Ekspertlərdən vacib açıqlama

Siyasət
19 iyul 2024
Jurnalistlərimiz bütün həqiqətləri Makronun üzünə vurdu | Konfransda gərgin anlar

Jurnalistlərimiz bütün həqiqətləri Makronun üzünə vurdu | Konfransda gərgin anlar

Siyasət
19 iyul 2024
1915-ci ildə Çaykəndin əhalisi Tovuz və Gədəbəyə köç edib | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

1915-ci ildə Çaykəndin əhalisi Tovuz və Gədəbəyə köç edib | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
19 iyul 2024
Ermənistanın dostları sülhə icazə vermir | Rusiyalı politoloqdan eksklüziv açıqlama

Ermənistanın dostları sülhə icazə vermir | Rusiyalı politoloqdan eksklüziv açıqlama

Siyasət
19 iyul 2024
Sensasiya | Rusiya sülhməramlılarının Qarabağdakı komandanı Araikə nələr yazdı?

Sensasiya | Rusiya sülhməramlılarının Qarabağdakı komandanı Araikə nələr yazdı?

Siyasət
19 iyul 2024
Sərhəddən dəhşətə gətirən görüntülər | Sırf azərbaycanlı olduğuna görə...

Sərhəddən dəhşətə gətirən görüntülər | Sırf azərbaycanlı olduğuna görə...

Siyasət
19 iyul 2024
Fransa Paşinyana təzyiq göstərdi? - Nikolun qərarına təsir edən amillər | BAKU AKTUAL

Fransa Paşinyana təzyiq göstərdi? - Nikolun qərarına təsir edən amillər | BAKU AKTUAL

Siyasət
19 iyul 2024
Azərbaycanlı jurnalistlərin sualları Makronu çaşbaş qoydu

Azərbaycanlı jurnalistlərin sualları Makronu çaşbaş qoydu

Siyasət
19 iyul 2024
Seçilmişlər
icon