Siyasət
Pleyeri seçin:

Ermənistanın bu addımı atması... | Hikmət Hacıyevdən mühüm açıqlama

18 iyul 2024

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Report”un sualını cavablandırıb.

Jurnalistin “Hikmət müəllim, Avropa Siyasi İcmasının Londonda keçirilən görüşü çərçivəsində Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi nəzərdə tutulurdu. Bu, baş tutacaqmı?”, – sualına H.Hacıyev belə cavab verib:

“Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya tərəfindən belə bir görüşün keçirilməsi təklifi ilə çıxış edilmişdi və bunun Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri arasında baş tutmuş görüş formatında olması təklif olunurdu.

Belə ki, Münxen Təhlükəsizlik Konfransında da Almaniyanın kansleri Olaf Şolts görüşün əvvəlində iştirak etmiş və bundan sonra görüş ikitərəfli formatda Azərbaycan və Ermənistan arasında davam etmişdi. Böyük Britaniya tərəfindən ev sahibi olaraq eyni formatlı görüş təklif olunurdu. Amma Ermənistan tərəfi bundan imtina etdi. Belə ki, görüşün əvvəlində Britaniya Baş nazirinin iştirakı, sonra isə görüşün Azərbaycan və Ermənistan arasında davam etməsi formasında olmalı idi. Ermənistanın bu görüşdən imtina etməsini biz onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndiririk.

Müxtəlif platformalarda Ermənistan sülh haqqında danışdığı halda sülh gündəliyinin irəli aparılmasına xidmət edən görüşdən imtina etməsi heç bir halda başadüşülən deyildir və beynəlxalq ictimaiyyət özü bunu dəyərləndirməlidir ki, Ermənistan əslində dialoq imkanlarını qiymətləndirməli, irəli aparmaq əvəzinə bundan imtina edir. Biz Böyük Britaniyanın belə bir sülh təşəbbüslüyünü öz tərəfimizdən yüksək qiymətləndiririk”.

Sülh sazişinin gec imzalanması Ermənistanın zərərinədir | Millət vəkili

Sülh sazişinin gec imzalanması Ermənistanın zərərinədir | Millət vəkili

Siyasət
19 iyul 2024
XİN-dən Makronun qərəzli fikirlərinə reaksiya

XİN-dən Makronun qərəzli fikirlərinə reaksiya

Siyasət
19 iyul 2024
ABŞ və Ermənistanın birləşməkdə məqsədi nədir? | Ekspertlərdən açıqlama

ABŞ və Ermənistanın birləşməkdə məqsədi nədir? | Ekspertlərdən açıqlama

Siyasət
19 iyul 2024
Paşinyanın ikitərəfli görüşdən qaçmasının səbəbləri | BAKU ANALİTİK

Paşinyanın ikitərəfli görüşdən qaçmasının səbəbləri | BAKU ANALİTİK

Siyasət
18 iyul 2024
Prezident İlham Əliyevdən Oksfordda mühüm açıqlamalar

Prezident İlham Əliyevdən Oksfordda mühüm açıqlamalar

Siyasət
18 iyul 2024
İlham Əliyev Oksfordda Litva Prezidenti ilə görüşdü

İlham Əliyev Oksfordda Litva Prezidenti ilə görüşdü

Siyasət
18 iyul 2024
Prezident Oksfordda Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşüb

Prezident Oksfordda Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşüb

Siyasət
18 iyul 2024
İlham Əliyev Oksfordda Çexiyanın Baş naziri Petr Fiala ilə görüşdü

İlham Əliyev Oksfordda Çexiyanın Baş naziri Petr Fiala ilə görüşdü

Siyasət
18 iyul 2024
Paşinyanın sifarişi ilə Azərbaycan əleyhinə kitab hazırlandı | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Paşinyanın sifarişi ilə Azərbaycan əleyhinə kitab hazırlandı | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
18 iyul 2024
Paşinyan hakimiyyəti bununla razılaşır | Ermənistan dövləti ləğv edilir?

Paşinyan hakimiyyəti bununla razılaşır | Ermənistan dövləti ləğv edilir?

Siyasət
18 iyul 2024
Seçilmişlər
icon