Siyasət
Pleyeri seçin:

Paşinyanın ikitərəfli görüşlə bağlı qərarına Hikmət Hacıyevdən reaksiya

18 iyul 2024

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Londonda ikitərəfli görüşdən imtina etməsini sülh gündəliyindən geri çəkilmək kimi qiymətləndiririk”.

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev “Report”un sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Avropa Siyasi Birliyinə ev sahibliyi edən Böyük Britaniya belə bir görüşün keçirilməsi təklifi ilə çıxış edib və bunun Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında keçirilmiş görüş formatında olması təklif edilirdi.

Belə ki, Münxen Təhlükəsizlik Konfransında da Almaniyanın Kansleri Olaf Şolts görüşün əvvəlində iştirak edib və sonra görüş ikitərəfli formatda Azərbaycan və Ermənistan arasında davam edib.

H.Hacıyev bildirib ki, görüşün əvvəlində Böyük Britaniya Baş nazirinin iştirakı, sonra isə Azərbaycan və Ermənistan liderləri arasında davam etməsi nəzərdə tutulurdu. Amma Ermənistan tərəfi bundan imtina etdi:

“Nikol Paşinyanın bu görüşdən imtina etməsini biz onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin təzahürü kimi qiymətləndiririk.

Müxtəlif platformalarda Ermənistan sülh haqqında danışdığı halda sülh gündəliyinin irəli aparılmasına xidmət edən görüşdən imtina etməsi heç bir halda başadüşülən deyil və beynəlxalq ictimaiyyət özü bunu dəyərləndirməlidir ki, Ermənistan, əslində, dialoq imkanlarını qiymətləndirməli, irəli aparmaq əvəzinə bundan imtina edir”, – deyə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.  

İlham Əliyev baş verən faciəyə görə Almaniya Prezidentinə başsağlığı məktubu ünvanladı

İlham Əliyev baş verən faciəyə görə Almaniya Prezidentinə başsağlığı məktubu ünvanladı

Siyasət
21 dekabr 2024
Sülhün şərtləri necə qoyulacaq? | Markedonov İlham Əliyevin müsahibəsini şərh etdi

Sülhün şərtləri necə qoyulacaq? | Markedonov İlham Əliyevin müsahibəsini şərh etdi

Siyasət
21 dekabr 2024
Hakan Fidan Annalena Berbokla nələri müzakirə etdi?

Hakan Fidan Annalena Berbokla nələri müzakirə etdi?

Siyasət
21 dekabr 2024
İlham Əliyev Əbdülfəttah əs-Sisini təbrik etdi

İlham Əliyev Əbdülfəttah əs-Sisini təbrik etdi

Siyasət
21 dekabr 2024
Azərbaycan İslam dünyasının nəhəngləri arasında | Mühüm tarixi qərar

Azərbaycan İslam dünyasının nəhəngləri arasında | Mühüm tarixi qərar

Siyasət
21 dekabr 2024
İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür məktubu göndərib

İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür məktubu göndərib

Siyasət
21 dekabr 2024
İlham Əliyev Azərbaycanın D-8 təşkilatının üzvü seçilməsinə görə Pezeşkiana təşəkkür edib

İlham Əliyev Azərbaycanın D-8 təşkilatının üzvü seçilməsinə görə Pezeşkiana təşəkkür edib

Siyasət
21 dekabr 2024
İlham Əliyev Azərbaycanın D-8-ə üzvlüyünü dəstəklədiyinə Ərdoğana təşəkkür etdi

İlham Əliyev Azərbaycanın D-8-ə üzvlüyünü dəstəklədiyinə Ərdoğana təşəkkür etdi

Siyasət
20 dekabr 2024
Paşinyan iddialarından nə vaxt əl çəkəcək? | Sülh prosesində qəbuledilməz yanaşma

Paşinyan iddialarından nə vaxt əl çəkəcək? | Sülh prosesində qəbuledilməz yanaşma

Siyasət
20 dekabr 2024
Fransa növbəti dəfə ermənilərə qucaq açdı | Maraqlı məqamlar üzə çıxdı

Fransa növbəti dəfə ermənilərə qucaq açdı | Maraqlı məqamlar üzə çıxdı

Siyasət
20 dekabr 2024
Seçilmişlər
icon