Pleyeri seçin:

Ermənistanın sərhəddə təxribat törətməyinin məqsədi bu imiş | Deputatdan açıqlama

08 aprel 2024 465 baxış

Aprelin 5-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken arasında keçirilən üçtərəfli görüşdən sonra Ermənistan Silahlı Qüvvələri Ordumuzun mövqelərini intensiv atəşə tutmağa başlayıb.

Sülh danışıqlarının gündəmdə olduğu və N.Paşinyanın Qazaxın işğal altında olan 4 kəndini Azərbaycana geri qaytarmaq istəyi ilə bağlı səsləndirdiyi bəyanatlar fonunda rəsmi İrəvanın havadarlarının dəstəyindən həvəslənib təxribatları artırması bu ölkənin sağlam məntiqdə olmadığını, eləcə də sabitlikdə deyil, gərginlikdə maraqlı olduğunu bir daha nümayiş etdirir.

Ermənistanın mütəmadi olaraq silahlanması, şərti sərhədə qoşun yığması və bunun fonunda silahlı təxribatları yenidən artırması Azərbaycana qarşı revanşist ritorikadan hələ də əl çəkmədiyini göstərir. Əslində isə bu, heç də təəccüb doğurmur. Çünki N.Paşinyanın ikibaşlı siyasət həyata keçirdiyi, müxtəlif platformalarda bir-birinə zidd açıqlamalar verib addımlar atması artıq ənənəvi hal alıb.

Elə bunun nəticəsidir ki, normallaşma prosesindən danışan N.Paşinyan administrasiyası bunun əksinə hərəkət edib mənfur planlarını həyata keçirməyə çalışır.

Görünən odur ki, İrəvan Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra yaratdığı yeni reallıqların qəbul edilməməsi üçün bütün məkrli planlarını işə salıb. Bu isə onu göstərir ki, Ermənistan hakimiyyəti sülh və əmin-amanlıqdan danışsa da, revanşist ritorikadan da əl çəkmək istəmir.

Azərbaycan isə bundan fərqli olaraq bölgədə sabitliyin bərqərar olmasında maraqlıdır və atdığı bütün addımlar beynəlxalq hüquqa əsaslanır. Sülhdən boyun qaçırmaq üçün əlində heç bir bəhanə qalmayan İrəvanın etdiyi bütün təxribatlar isə ilk növbədə özünün zərərinədir.

Banner
Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Siyasət
07 noyabr 2026 465 baxış
Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 465 baxış
İrəvanın yeni təhlükəsizlik axtarışı

İrəvanın yeni təhlükəsizlik axtarışı

Siyasət
07 noyabr 2026 465 baxış
Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Siyasət
07 noyabr 2026 465 baxış
Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 465 baxış
Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Siyasət
07 noyabr 2026 465 baxış
Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Siyasət
07 noyabr 2026 465 baxış
İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
07 noyabr 2026 465 baxış
Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Siyasət
07 noyabr 2026 465 baxış
Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Siyasət
07 noyabr 2026 465 baxış
Seçilmişlər
icon