Siyasət
Pleyeri seçin:

Ermənistanın xəritə oyunu | Paşinyan hansı xəritədən qaçır?

08 may 2024

“Xəritələr məsələsində biz Paşinyanın SSRİ dövründəki administrativ sərhədləri, eyni zamanda Alma-Ata Bəyannaməsini qabartdığını görürük”.

Bu sözləri Paşinyanın sonuncu mətbuat konfransında səsləndirdiyi delimitasiyanın SSRİ dövründə hüquqi qüvvəyə malik olan ən son xəritələrlə aparıldığı sözlərini şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Diplomat Azərbaycanın Ermənistanla delimitasiya xəritələri ilə bağlı fərqli mövqedə olduğunu bildirib:

“Həmin dövrdə müxtəlif xəritə və sərhəd dəyişiklikləri olub. Bunları yerli hakimiyyət orqanları vaxtilə qismən də olsa, bu və ya digər formada təsbit ediblər. Problem isə ondan ibarətdir ki, Ermənistan 1989-cu ildə rəsmi şəkildə ölkəmizə qarşı ərazi iddiaları irəli sürüb, de-fakto və de-yure sərhədləri pozub. İndi isə müharibədə məğlub olandan sonra onlar üçün ən məqbul variantdan istifadə etmək niyyətindədirlər. Bunlar təxminən 1975-1976-cı illərin xəritələridir. Ancaq ortada razılaşdırılmış prinsiplər var. Azərbaycanın isə mövqeyi ondan ibarətdir ki, sərhədin müxtəlif hissələrində müxtəlif dövrlərin xəritələri istifadə olunacaq.

Paşinyan yəqin ki, daxildə nüfuzunu qaldırmaq üçün SSRİ dövrünün hüquqi qüvvəyə malik ən son xəritələrindən istifadə ediləcəyini bildirib. Ancaq Azərbaycanın rəsmi mövqeyi müxtəlif dövrlərin xəritələrindən istifadə etməyə imkan verir”.

Tofiq Zülfüqarov Azərbaycanın hüquqi baxımdan tam şəkildə Göyçə mahalı və Zəngəzur məsələsini gündəmə gətirmək haqqına sahib olduğunu vurğulayıb:

“Fikrimcə, Azərbaycan üçün strateji baxımdan iki vacib məsələ öz həllini tapmalıdır. Birincisi, Azərbaycan xalqının razılığı olmadan qanunsuz şəkildə ölkəmizin Göyçə gölü sahilindən tam məhrum edilməsidir. İkincisi isə odur ki, SSRİ dövründə ölkəmizin ərazisi iki yerə bölünüb. Yəni Göyçə mahalı və Zəngəzuru nəzərdə tuturam. O ərazilərimiz də axı SSRİ dövründə Ermənistana zorla verilib. Bunları tələb etməyimiz də Alma-Ata Bəyannaməsindəki prinsiplərə uyğundur.

Bəhs etdiyimiz məsələlərin danışıqlar mövzusu olacağına əminəm. Bu, qaçılmazdır. Paşinyan isə özlərinə sərf edən vəziyyətin təbliğ etmək yolu ilə təsbit olunmasını istəyir. Amma yalnız qalib ölkələr belə davranırlar. Tarixdən yüzlərlə örnək vermək olar, məğlub ölkə heç vaxt öz ərazisini artırmır. Ermənistan tarixi ədalətsizliyi müxtəlif manipulyasiyalar yolu ilə təsbit etmək istəyir. Ancaq Azərbaycan heç vaxt buna razı olmayacaq”.

Təbii sərvətlərə malik xalq niyə səfil kimi yaşayır?

Təbii sərvətlərə malik xalq niyə səfil kimi yaşayır?

Siyasət
19 may 2024
İlham Əliyev və İbrahim Rəisi açılış mərasimində | "Xudafərin" hidroqovşağı istismara verildi

İlham Əliyev və İbrahim Rəisi açılış mərasimində | "Xudafərin" hidroqovşağı istismara verildi

Siyasət
19 may 2024
İlham Əliyev Azərbaycan-İran sərhədində İbrahim Rəisi ilə görüşüb

İlham Əliyev Azərbaycan-İran sərhədində İbrahim Rəisi ilə görüşüb

Siyasət
19 may 2024
Erməni barbarlığına tuş gələn dini abidə | Qubadlı məscidi

Erməni barbarlığına tuş gələn dini abidə | Qubadlı məscidi

Siyasət
19 may 2024
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda bir neçə açılışda iştirak etdi

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda bir neçə açılışda iştirak etdi

Siyasət
18 may 2024
Mehriban Əliyeva Prezidentin Zəngilan səfərindən səmimi görüntülər paylaşdı

Mehriban Əliyeva Prezidentin Zəngilan səfərindən səmimi görüntülər paylaşdı

Siyasət
18 may 2024
Oğuzlardan 11 nəfər ayrılıb, Ləmbəlinin əsasını qoydular | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Oğuzlardan 11 nəfər ayrılıb, Ləmbəlinin əsasını qoydular | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
18 may 2024
İlham Əliyev Cəbrayıl rayonunda bir neçə kəndin təməlini qoydu

İlham Əliyev Cəbrayıl rayonunda bir neçə kəndin təməlini qoydu

Siyasət
18 may 2024
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixdən danışdı

Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixdən danışdı

Siyasət
18 may 2024
İlham Əliyev “Zəngilan” və “Şayıflı” SES-lərin açılışında iştirak etdi

İlham Əliyev “Zəngilan” və “Şayıflı” SES-lərin açılışında iştirak etdi

Siyasət
18 may 2024
Seçilmişlər
icon