Fransada Natəvanın heykəlinə qarşı vandalizm aktlarına etiraz
Yeniliklərdən dərhal xəbərdar olun
Fransada yaşayan azərbaycanlılar etiraz aksiyası keçiriblər.
“Report”un xəbərinə görə, ölkədəki Azərbaycan icması Fransanın Evian-Le Ba şəhərində 19-cu əsrin böyük Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin qarşısına toplaşıb.
Avropa Azərbaycanlıları Koordinasiya Şurası və Avropa Azərbaycanlıları Konqresinin təşkil etdiyi toplantının məqsədi bu heykələ qarşı son zamanlar həyata keçirilən vandalizm aktlarına qarşı etiraz etməkdir.
Fransa azərbaycanlıları bu etiraz aksiyası ilə Natəvanın heykəlinin, onun simvolik mənası, Azərbaycan icması üçün mənəvi dəyərini Fransa ictimaiyyətinin, mediasının diqqətinə çatdırıblar. Etiraz aksiyasına Fransanın və Avropanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar toplaşıblar. Əraziyə təhkükəsizliyi təmin etmək üçün polislər də cəlb edilib.
#Fransa teqi istifadə olunub
- 2025-ci ildə 927 nəfər həyatını itirib ki, onların da 83 %-i kişidir
- "Sarı jiletlilər"in yürüşü qadağan edildi
- Fransada şənbə gününə özəl olaraq təhlükəsizlik gücləndirilir
- Fransada etiraz aksiyalarının vurduğu iqtisadi zərər milyardlarla avroya çatıb
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
