Siyasət
Pleyeri seçin:

Gürcüstan səfirinə Ukraynanı tərk etmək üçün 48 saat vaxt verildi

04 iyul 2023

Gürcüstan səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Ukrayna XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 4-də səfir Georgi Zakaraşvili Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin vəziyyətinin xeyli pisləşməsi ilə bağlı Ukrayna Prezidentinin etirazının çatdırılması üçün Nazirliyə dəvət olunub.

Gürcü diplomatın diqqətinə çatdırılıb ki, Ukrayna vətəndaşı olan Mixeil Saakaşviliyə qarşı bu münasibət qətiyyən yolverilməzdir, Gürcüstan hakimiyyəti Ukrayna vətəndaşına qarşı bu hərəkəti dayandırmalıdır. Bununla əlaqədar səfir G.Zakaraşvilinin mövcud vəziyyətin həlli yollarının tapılması istiqamətində məsləhətləşmələr aparmaq üçün Tbilisiyə getməsi tövsiyə olunub.

Volodimir Zelenski səfirə ölkəni tərk etməsi üçün 48 saat vaxt verib. Rəsmi Tbilisi isə səfirin Kiyevdən qovulması qərarının Gürcüstan hakimiyyətinə qarşı təhqir olduğunu açıqlayıb.

“Şərh vermək istəmirəm, amma ümumilikdə Ukrayna hakimiyyətinin bu mövqeyi bizim üçün təhqiramizdir”, – hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze belə deyib.

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

Siyasət
22 noyabr 2024
Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Siyasət
22 noyabr 2024
BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

Siyasət
22 noyabr 2024
Bunu etiraf etməsək… | COP29-da inkişaf etmiş ölkələrə çağırış

Bunu etiraf etməsək… | COP29-da inkişaf etmiş ölkələrə çağırış

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə mühüm müzakirələr | Əməkdaşımız ən son məlumatları çatdırdı

COP29-un 12-ci günündə mühüm müzakirələr | Əməkdaşımız ən son məlumatları çatdırdı

Siyasət
22 noyabr 2024
"Ermənilər xizəksürmə üzrə Ermənistan çempionu Elbəy Novruzovu qətlə yetirdilər"

"Ermənilər xizəksürmə üzrə Ermənistan çempionu Elbəy Novruzovu qətlə yetirdilər"

Siyasət
22 noyabr 2024
COP29 Sədrliyindən danışıqlarda son vəziyyətlə bağlı bəyanat | Həll yolunu tapmayan məsələlər üçün…

COP29 Sədrliyindən danışıqlarda son vəziyyətlə bağlı bəyanat | Həll yolunu tapmayan məsələlər üçün…

Siyasət
22 noyabr 2024
Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Siyasət
22 noyabr 2024
Pərviz Şahbazov Türkiyədə nazir Alparslan Bayraktarla görüşdü

Pərviz Şahbazov Türkiyədə nazir Alparslan Bayraktarla görüşdü

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon