Həbs olunan Vardanyan barəsində nə qərar verildi? - DTX-dən görüntülər
Səbail Rayon Məhkəməsində qondarma Dağlıq Qarabağ Respublikasının “dövlət naziri” vəzifəsində çalışmış Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxılıb.
Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib. Məhkəmə Ruben Vardayan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, Ruben Vardanyan ötən gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılıb. Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə və Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
#Ruben Vardanyan teqi istifadə olunub
- AnewZ “Oliqarx sisteminin dizaynı”nı filmə çevirdi - Baku TV
- Ruben Vardanyanın terror təşkilatları ilə əlaqələri ifşa olundu
- Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib - Baku TV CANLI
- Vardanyanın məhkəməsində faciəvi hadisələrin detalları açıqlandı
- Vardanyan məhkəmədən nə xahiş etdi? - Zərərçəkənlərin ifadələri... - Baku TV
