Pleyeri seçin:

Hikmət Hacıyevdən diqqətçəkən müsahibə | Ermənistan və ABŞ ilə əlaqələr barədə vacib açıqlamalar

08 iyul 2025 644 baxış

“Mərkəzi və Şərqi Avropa ölkələri, xüsusilə Slovakiya və Çexiya Azərbaycanın etibarlı tərəfdaşlarıdır. Enerji sahəsində əməkdaşlıq bu əlaqələrin əsasını təşkil edir”.

Azərbaycan Prezidentinin köməkçisi, Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Slovakiya qəzetinə müsahibəsində belə deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan qazı hazırda Avropanın 8 ölkəsinə birbaşa, 12 ölkəyə isə dolayı yolla çatdırılır. Slovakiya artıq Azərbaycan qazını idxal edir və Bakı bu həcmləri artırmağa hazırdır.

H.Hacıyev əlavə edib ki, “yaşıl fanatizm” kənara qoyulmalı, enerji keçidi isə realist və mərhələli şəkildə həyata keçirilməlidir.

“Realist olmalıyıq. Bu gün sadəcə qaza real alternativ yoxdur. Bu, “yaşıl enerji”yə keçid prosesində də əsas komponentdir”, ‒ deyə Hikmət Hacıyev bildirib.

Rusiya-Ukrayna müharibəsinə toxunan Prezidentin köməkçisi Azərbaycanın münaqişəyə hərbi şəkildə qarışmadığını, yalnız humanitar yardım göstərdiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə tarixi dostluq münasibətlərini qoruyur.

Azərbaycan-Ermənistan münasibətlərinə gəlincə isə o bildirib ki, artıq müharibə yoxdur, sülh və sabitlik hökm sürür. Sülh sazişi üzərində iş aparılır, lakin Ermənistanın konstitusiyasında dəyişiklik vacibdir.

ABŞ ilə münasibətlərin Tramp administrasiyası dövründə canlandığını vurğulayan Hikmət Hacıyev Avropa bazarında SOCAR-ın rolunu və Avropa qanunlarına hörmətlə yanaşmasını da qeyd edib.

Sonda isə o, Slovakiyanın hərbi-sənaye potensialının Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq üçün perspektivlər yaratdığını bildirib.

Banner
Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Siyasət
07 noyabr 2026 644 baxış
Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 644 baxış
İrəvanın yeni təhlükəsizlik axtarışı

İrəvanın yeni təhlükəsizlik axtarışı

Siyasət
07 noyabr 2026 644 baxış
Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Siyasət
07 noyabr 2026 644 baxış
Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 644 baxış
Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Siyasət
07 noyabr 2026 644 baxış
Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Siyasət
07 noyabr 2026 644 baxış
İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
07 noyabr 2026 644 baxış
Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Siyasət
07 noyabr 2026 644 baxış
Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Siyasət
07 noyabr 2026 644 baxış
Seçilmişlər
icon