Pleyeri seçin:

İclasın iştirakçıları Ağdərə şəhərinin Baş planı ilə tanış olublar - Baku TV

18 iyun 2026 379 baxış

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının Ağdərə şəhərində növbəti iclası keçirilib.

Tədbirdə vurğulanıb ki, son dövrlərdə müxtəlif sahələr, o cümlədən kənd təsərrüfatı üzrə qəbul edilən strateji sənədlər, dövlət proqramları və həyata keçirilən islahatlar ölkənin sosial-iqtisadi inkişafının vahid yanaşma əsasında təmin olunduğunu bir daha təsdiqləyir.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma əhalinin məşğulluğunun təmin edilməsindən, iş yerlərinin yaradılmasından və iqtisadi fəaliyyət imkanlarının genişləndirilməsindən asılıdır. Bu baxımdan kənd təsərrüfatı da daxil olmaqla, müxtəlif sahələrdə məşğulluq imkanlarının artırılması, peşə bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və iqtisadi fəallığın yüksəldilməsi istiqamətində işlərin davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Sonra iclas iştirakçıları Ağdərə şəhərinin Baş planı ilə tanış olublar. Onlara şəhərin inkişaf perspektivləri və nəzərdə tutulan layihələr barədə məlumat verilib.

Eyni zamanda, Ağdərə və Xocalı rayonlarında həyata keçirilən aqrar təsərrüfatlara, həmçinin istehsal və emal müəssisələrinə baxış keçirilib.

Diqqətə çatdırılıb ki, aqrar və sənaye sahələrində həyata keçirilən layihələr işğaldan azad olunan ərazilərdə iqtisadi fəallığın genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına, sahibkarlığın inkişafına və Böyük Qayıdış prosesinin iqtisadi dayaqlarının möhkəmləndirilməsinə xidmət edir.

Banner
Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Siyasət
07 noyabr 2026 379 baxış
Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 379 baxış
İrəvanın yeni təhlükəsizlik axtarışı

İrəvanın yeni təhlükəsizlik axtarışı

Siyasət
07 noyabr 2026 379 baxış
Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Siyasət
07 noyabr 2026 379 baxış
Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 379 baxış
Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Siyasət
07 noyabr 2026 379 baxış
Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Siyasət
07 noyabr 2026 379 baxış
İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
07 noyabr 2026 379 baxış
Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Siyasət
07 noyabr 2026 379 baxış
Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Siyasət
07 noyabr 2026 379 baxış
Seçilmişlər
icon