Pleyeri seçin:

İlham Əliyev ilə Putin hansı məsələləri müzakirə etdi? | Önəmli məsələlər

23 aprel 2024 302 baxış

Prezident İlham Əliyevin Rusiyaya səfəri təkcə iki ölkə arasındakı münasibətlər baxımından deyil, həmçinin regional məsələlər baxımından da olduqca mühüm əhəmiyyət daşıyır.

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və kəndlərin qaytarılması barədə əldə edilən yeni razılıq fonunda baş tutan səfər iki ölkənin münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan və Rusiya əlaqələrinin yüksək inkişaf səviyyəsini göstərən ən mühüm hadisə iki ölkənin ali rəhbərliyi tərəfindən Rusiya sülhməramlı qoşunlarının vaxtından əvvəl Azərbaycanı tərk etməsi barədə qəbul edilən qərar olub. Bu qərar iki ölkə arasında yüksək etimadın təzahürü kimi səciyyələndirilə bilər.

Dövlətlər arasında önəmli olan digər əsas məsələ, şübhəsiz ki, iki ölkənin arasındakı iqtisadi əməkdaşlıq münasibətləridir. Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi hazırda 4 milyardı ötüb. Azərbaycan iqtisadiyyatına Rusiyanın investisiya payı hazırda 6 milyard dollar təşkil edir.

İki ölkə arasında ticarət sahəsində önəmli olan əsas məsələ ölkəmizdə istehsal edilən kənd təsərrüfatı məhsullarının Rusiyaya maneəsiz ixracıdır. Nəzərə alaq ki, qarşıdan yay ayları gəlir. Azərbaycanın bir çox ixrac potensiallı kənd təsərrüfatı məhsullarının əsas alıcısı Rusiyadır. Rusiyadan da ölkəmizə xeyli sayda məhsul idxal edilir.

İdxal olunan məhsulların içində əsas yerlərdən birini inşaat materialları tutur. Dövlətlərarası müsbət münasibətlər ticarət sahəsində də müsbət göstəricilərin yaranmasına gətirib çıxarır.

Prezident İlham Əliyevin Moskvaya səfəri zamanı yaddaqalan hadisələrdən biri də iki ölkənin liderinin " Baykal-Amur" magistralının çəkilişində iştirak etmiş şəxslərlə görüşü olub.

BAM-ın tikintisinə başlanmasının 50 illik yubileyi zamanı keçirilən görüşdə bu möhtəşəm layihənin əsas müəlliflərindən olan, o dövrdə SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini olmuş ulu öndər Heydər Əliyevin xidmətləri böyük məmnunluqla xatırlanıb, onun əziz xatirəsinə ehtiram ifadə olunub.

Heydər Əliyevin gərgin əməyinin nəticəsi olan BAM bu gün Rusiya üçün çox böyük əhəmiyyətli infrastruktur layihəsidir. Ölkə loqistikasında mühüm yerdə duran bu magistral dəmiryol xətti Sibir və Uzaq Şərqin mənimsənilməsində böyük imkanlar yaradır. Eyni zamanda Rusiya məhz BAM vasitəsilə Sakit Okeana yük daşınmasında böyük uğurlar əldə edib.

Görüş zamanı Heydər Əliyevin BAM-ın ərsəyə gəlməsində xidmətlərini məmnunluqla xatırlayan Rusiya Prezidenti Vladimir Putin prezident İlham Əliyevin "Şimal-Cənub" nəqliyyat dəhlizindəki əhəmiyyətli rolu barədə də danışıb.

Rusiya mediasının geniş işıqlandırdığı İlham Əliyevin Rusiyaya səfəri yüksək tərəfdaşlıq atmosferində keçib. Azərbaycan-Rusiya münasibətləri hazırda tarixi inkişaf dövrünü yaşayır. 

Paşinyandan “Qarabağ hərəkatı” ilə bağlı xəbərdarlıq

Paşinyandan “Qarabağ hərəkatı” ilə bağlı xəbərdarlıq

Siyasət
25 iyun 2026 302 baxış
Paşinyandan revanşist ermənilərə Qarabağ şilləsi - Baku TV CANLI

Paşinyandan revanşist ermənilərə Qarabağ şilləsi - Baku TV CANLI

Siyasət
25 iyun 2026 302 baxış
Bakıdan islam dünyasına hansı mesajlar verildi? | Tərəflər razılığa yaxınlaşır? - YENİ BİR SƏHƏR

Bakıdan islam dünyasına hansı mesajlar verildi? | Tərəflər razılığa yaxınlaşır? - YENİ BİR SƏHƏR

Siyasət
25 iyun 2026 302 baxış
"Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın" | İlham Əliyev

"Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın" | İlham Əliyev

Siyasət
24 iyun 2026 302 baxış
İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı toplandı - Baku TV

İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı toplandı - Baku TV

Siyasət
24 iyun 2026 302 baxış
Fransa XİN-in əsassız cavablarını qətiyyətlə pisləyirik | Azərbaycan XİN - Baku TV

Fransa XİN-in əsassız cavablarını qətiyyətlə pisləyirik | Azərbaycan XİN - Baku TV

Siyasət
24 iyun 2026 302 baxış
Avropa Qarabağ məsələsini yeni formada qaytarmağa çalışır? - AKTUAL GÜNDƏM

Avropa Qarabağ məsələsini yeni formada qaytarmağa çalışır? - AKTUAL GÜNDƏM

Siyasət
24 iyun 2026 302 baxış
Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul etdi - Baku TV

Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul etdi - Baku TV

Siyasət
24 iyun 2026 302 baxış
İlham Əliyev və Numan Kurtulmuş arasında müzakirə olunan məsələlər

İlham Əliyev və Numan Kurtulmuş arasında müzakirə olunan məsələlər

Siyasət
24 iyun 2026 302 baxış
BMTM-in təşkilatçılığı ilə konfrans keçirildi

BMTM-in təşkilatçılığı ilə konfrans keçirildi

Siyasət
24 iyun 2026 302 baxış
Seçilmişlər
icon