Siyasət
Pleyeri seçin:

İlham Əliyev Mövlud Çavuşoğlu ilə Brüssel görüşünün təhlükəsindən danışdı

05 aprel 2024

Prezident İlham Əliyev Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib.

Dövlət başçısı Mövlud Cavuşoğluya ölkəmizdə böyük hörmət bəsləndiyini vurğulayaraq onun bütün dövrlərdə Azərbaycanın yanında olmasını yüksək qiymətləndirdiyini bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, xüsusilə İkinci Qarabağ müharibəsi zamanı Mövlud Çavuşoğlu dünyaya Türkiyənin səsini çatdırıb, “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deyib. Bu açıqlamalar öz növbəsində Azərbaycanın işinə qarışmaq istəyən qüvvələrin qarşısının alınmasında önəmli rol oynayıb.

Azərbaycan-Türkiyə birliyinin daha da güclənməsinin önəmini qeyd edən İlham Əliyev bildirib ki, hazırda dünyada, o cümlədən Cənubi Qafqazda proseslər çox təhlükəli istiqamətdə gedir və bununla bağlı Azərbaycan haqlı olaraq öz narahatlığını ifadə edir. Belə ki, Cənubi Qafqaz üçün cızılan plan gələcəkdə böyük fəlakətə gətirə bilər.

Bu gün ABŞ, Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçirilən üçtərəfli görüşə toxunan dövlət başçısı bildirib ki, bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır. Halbuki, son günlər həm ABŞ-nin, həm də Avropa İttifaqının yüksək vəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışırlar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. İlham Əliyev qeyd edib ki, biz bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür.

Geosiyasi vəziyyətin dəyişdiyini deyən İlham Əliyev belə bir şəraitdə Azərbaycan-Türkiyə birliyinin hər zaman olduğu kimi bu gün də güclü olmasının vacibliyini qeyd edərək bu birliyi pozmaq istəyənlərin arzularının puç olacağına əminliyini bildirib.

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

Siyasət
22 noyabr 2024
Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Siyasət
22 noyabr 2024
BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

Siyasət
22 noyabr 2024
Bunu etiraf etməsək… | COP29-da inkişaf etmiş ölkələrə çağırış

Bunu etiraf etməsək… | COP29-da inkişaf etmiş ölkələrə çağırış

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə mühüm müzakirələr | Əməkdaşımız ən son məlumatları çatdırdı

COP29-un 12-ci günündə mühüm müzakirələr | Əməkdaşımız ən son məlumatları çatdırdı

Siyasət
22 noyabr 2024
"Ermənilər xizəksürmə üzrə Ermənistan çempionu Elbəy Novruzovu qətlə yetirdilər"

"Ermənilər xizəksürmə üzrə Ermənistan çempionu Elbəy Novruzovu qətlə yetirdilər"

Siyasət
22 noyabr 2024
COP29 Sədrliyindən danışıqlarda son vəziyyətlə bağlı bəyanat | Həll yolunu tapmayan məsələlər üçün…

COP29 Sədrliyindən danışıqlarda son vəziyyətlə bağlı bəyanat | Həll yolunu tapmayan məsələlər üçün…

Siyasət
22 noyabr 2024
Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Siyasət
22 noyabr 2024
Pərviz Şahbazov Türkiyədə nazir Alparslan Bayraktarla görüşdü

Pərviz Şahbazov Türkiyədə nazir Alparslan Bayraktarla görüşdü

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon