Siyasət
Pleyeri seçin:

İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul etdi

23 sentyabr 2024

Prezident İlham Əliyev sentyabrın 23-də Özbəkistan Baş nazirinin müavini Cəmşid Xocayevi qəbul edib.

Qəbula görə minnətdarlığını bildirən Cəmşid Xocayev vurğulayıb ki, İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi böyük uğurlar Özbəkistanda sevinc hissi ilə qarşılanır. O, 20 Sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə təbriklərini çatdırıb.

Özbəkistan üçün Azərbaycanın mühüm dövlətlər sırasında layiqli yeri olduğunu deyən qonaq ölkəmizin həm regionda, həm də dünyada böyük nüfuza malik olduğunu vurğulayıb. O qeyd edib ki, İlham Əliyevin müdrik qərarları ilə azad olunmuş ərazilərimizdə, o cümlədən tarixi şəhərlər olan Şuşa və Xankəndidə həyata keçirilən böyük yenidənqurma və bərpa işləri Özbəkistanda maraqla izlənilir.

Cəmşid Xocayev iş adamları ilə birgə ölkəmizə səfərinin Azərbaycan və Özbəkistan prezidentlərinin tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı olduğunu diqqətə çatdırıb.

İlham Əliyev Özbəkistana dövlət səfərini, ondan əvvəl isə Özbəkistan Prezidentinin Azərbaycana səfərini məmnunluqla xatırlayıb. Özbəkistana dövlət səfəri zamanı iki ölkənin iş adamları ilə keçirdikləri görüşün əhəmiyyətinə toxunan Azərbaycan Prezidenti investisiya layihələri üzərində fəal iş aparılması istəyinin olmasını məmnunluqla qeyd edib. Bu baxımdan İlham Əliyev yaradılmış birgə investisiya fondunun artıq konkret layihələrlə təmin olunduğunu vurğulayıb.

Şavkat Mirziyoyevlə qarşıdakı görüşlərini məmnunluqla gözlədiyini deyən Azərbaycan Prezidenti hər iki dövlət başçısının görüşlərinin əməkdaşlığın gündəliyində duran məsələlərin həyata keçirilməsi baxımından önəmini qeyd edib.

İlham Əliyev Özbəkistan Baş nazirinin müavininin ölkəmizə səfərinin əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.

Görüşdə əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

FHN Türkiyədə yanğınsöndürmə əməliyyatlarını davam etdirir

FHN Türkiyədə yanğınsöndürmə əməliyyatlarını davam etdirir

Siyasət
06 oktyabr 2024
Xarici İşlər Nazirliyi bəyanat yaydı | Ermənistanın saxta hekayələrini...

Xarici İşlər Nazirliyi bəyanat yaydı | Ermənistanın saxta hekayələrini...

Siyasət
06 oktyabr 2024
Qərbi Azərbaycan İcması vacib bəyanat yaydı

Qərbi Azərbaycan İcması vacib bəyanat yaydı

Siyasət
06 oktyabr 2024
Bu müraciət qəbuledilməzdir! | Milli Məclis ABŞ-nin ikiüzlü siyasətinə səssiz qalmadı

Bu müraciət qəbuledilməzdir! | Milli Məclis ABŞ-nin ikiüzlü siyasətinə səssiz qalmadı

Siyasət
05 oktyabr 2024
Alban və Ağvanlar yalnız çadırın üstünün rənginə görə fərqlənən türk tayfalarıdır

Alban və Ağvanlar yalnız çadırın üstünün rənginə görə fərqlənən türk tayfalarıdır

Siyasət
05 oktyabr 2024
Milli Məclisin deputatları Ceyhun Bayramovdan nə istədi? | Detallar açıqlandı

Milli Məclisin deputatları Ceyhun Bayramovdan nə istədi? | Detallar açıqlandı

Siyasət
05 oktyabr 2024
Azərbaycan və Özbəkistan hərbçilərinin təliminin bağlanış mərasimi keçirildi

Azərbaycan və Özbəkistan hərbçilərinin təliminin bağlanış mərasimi keçirildi

Siyasət
05 oktyabr 2024
Ayxan Hacızadədən Ermənistana sərt sözlər | Açıqlamalar ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır

Ayxan Hacızadədən Ermənistana sərt sözlər | Açıqlamalar ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır

Siyasət
05 oktyabr 2024
Ən yüksək nəticə göstərən 102 tələbəyə Prezident təqaüdü veriləcək | Ölkə başçısından sərəncam

Ən yüksək nəticə göstərən 102 tələbəyə Prezident təqaüdü veriləcək | Ölkə başçısından sərəncam

Siyasət
05 oktyabr 2024
İlham Əliyev Sabir Hacıyev ilə bağlı sərəncam imzaladı

İlham Əliyev Sabir Hacıyev ilə bağlı sərəncam imzaladı

Siyasət
05 oktyabr 2024
Seçilmişlər
icon