Pleyeri seçin:

Xarici İşlər Nazirliyi bəyanat yaydı | Ermənistanın saxta hekayələrini...

06 oktyabr 2024 274 baxış

“Üzv dövlətlər arasında mədəni-humanitar əməkdaşlıq sahəsində mandata malik olan Beynəlxalq Frankofoniya Təşkilatının Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur”.

Bu barədə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Fransa Azərbaycanın üzv olmadığı bu təşkilatda onun suverenliyi və ərazi bütövlüyünü hədəf alan müddəaları təşkilatın sammitinin qətnaməsinə daxil etmək üçün sədrlik statusunu kobud şəkildə istismar edib, çoxtərəfli diplomatik formatlarda sənədlərin hazırlanması ilə bağlı ümumi qəbul edilmiş praktikanı və elementar çoxtərəfli danışıq qaydalarını açıq şəkildə pozaraq bir neçə üzv dövlətin məlum müddəalarla bağlı təkliflərini müzakirə etməyə belə imkan verməyib.

“Nəticə etibarilə Ermənistan tərəfinin guya BFT Sammitində qəbul olunduğunu iddia etdiyi müddəalar, əslində, təşkilatda konsensus qazanmayıb, bəzi müddəalara etiraz olaraq sənədə qeyd-şərt əlavə edilib.

Beləliklə, hətta Azərbaycanın üzv olmadığı bir platformada belə Ermənistanın özünün saxta hekayələrini beynəlxalq ictimaiyyətə qəbul etdirmək cəhdləri Fransanın açıq dəstəyinə baxmayaraq iflasa uğrayıb.

Ermənistan tərəfinin "diplomatik qələbə" kimi təqdim etməyə çalışdığı sözügedən müddəaların heç bir siyasi və hüquqi dəyəri yoxdur.

Azərbaycan tərəfi Fransanın açıq təhdid və şantajlarına rəğmən, beynəlxalq hüquqa və BFT-nin humanitar mandatına dönməz sadiqlik göstərərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hədəf alan və normallaşma prosesinə xələl gətirən pozucu fəaliyyətə qətiyyətlə qarşı çıxdıqlarına görə tərəfdaş BFT-yə üzv dövlətlərinə təşəkkürünü bildirir.

Azərbaycan tərəfi Ermənistanı bu kimi pozucu addımlardan əl çəkməyə, normallaşma prosesinin məntiqi sonluğa çatdırılması yolunda qalan əngəlləri ilk növbədə bu ölkənin konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən müddəaları dəyişmək istiqamətində siyasi iradə və məsuliyyət nümayiş etdirməyə çağırır.

Ermənistan tərəfi ya bu yolla normallaşma prosesini yekunlaşdırmaq, ya da bütün müstəvilərdə qarşıdurmanı davam etdirmək arasında seçim etməlidir”, – deyə bəyanatda bildirilib.

Tramp Çin avtomobillərinin ABŞ-də istehsalına niyə razıdır? - “Əsas məsələ odur ki...” - Baku TV

Tramp Çin avtomobillərinin ABŞ-də istehsalına niyə razıdır? - “Əsas məsələ odur ki...” - Baku TV

Siyasət
12 sentyabr 2026 274 baxış
Vəliəhd şahzadə Məhəmməd bin Salman Trampı hərbi müdaxiləyə çağırıb

Vəliəhd şahzadə Məhəmməd bin Salman Trampı hərbi müdaxiləyə çağırıb

Siyasət
12 sentyabr 2026 274 baxış
"İran onları ehtiyatda saxlamışdı" | Vəliəhd şahzadə Trampı hərbi müdaxiləyə çağırdı - Baku TV

"İran onları ehtiyatda saxlamışdı" | Vəliəhd şahzadə Trampı hərbi müdaxiləyə çağırdı - Baku TV

Siyasət
12 sentyabr 2026 274 baxış
Xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin II günü - Baku TV

Xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin II günü - Baku TV

Siyasət
12 sentyabr 2026 274 baxış
Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV

Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV

Siyasət
12 sentyabr 2026 274 baxış
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - Baku TV

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - Baku TV

Siyasət
12 sentyabr 2026 274 baxış
Şuşada Meksikanın müstəqillik günü qeyd olunur - Baku TV

Şuşada Meksikanın müstəqillik günü qeyd olunur - Baku TV

Siyasət
11 sentyabr 2026 274 baxış
58 ölkənin nümayəndələri Gövhər Ağa məscidində oldular - Baku TV

58 ölkənin nümayəndələri Gövhər Ağa məscidində oldular - Baku TV

Siyasət
11 sentyabr 2026 274 baxış
İran Ermənistan sərhədində azad iqtisadi zona yaradıla bilər? - Baku TV

İran Ermənistan sərhədində azad iqtisadi zona yaradıla bilər? - Baku TV

Siyasət
11 sentyabr 2026 274 baxış
58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələri azad edilmiş ərazilərdə

58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələri azad edilmiş ərazilərdə

Siyasət
11 sentyabr 2026 274 baxış
Seçilmişlər
icon