İlham Əliyev Türkiyəni PKK-nın özünü ləğv etməsi münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib.
Dövlət başçısı “X” sosial şəbəkə hesabında bununla bağlı etdiyi paylaşımda bildirib.
“Başda əziz qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm.
Əziz qardaşımın bəyan etdiyi “Terrorsuz Türkiyə” hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir. Alınmış qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıram”, – paylaşımda deyilir.
#İlham Əliyev teqi istifadə olunub
- Yaxın Şərqdəki gərginlik müzakirə olundu | Prezidentlərdən zəng - Baku TV
- Ərdoğan İrana səsləndi | Oğul Xameneinin atasından fərqi | Tramp Putinlə danışdı - YENİ BİR SƏHƏR
- Prezident İlham Əliyev İranın yeni Ali Rəhbərini təbrik etdi - Baku TV
- Pezeşkian Əliyevə zəng etdi: Naxçıvana hücuma görə məsuliyyət kimin üzərinə düşür? - AKTUAL GÜNDƏM
- Məsud Pezeşkian İlham Əliyevə zəng edib | Tramp: "Tehranla danışıqlar olmayacaq" - YENİ BİR SƏHƏR
