İlham Əliyevin 2025-ci il üzrə rəsmi fəaliyyətindən statistik göstəricilər - Baku TV
2025-ci il Azərbaycan üçün bir sıra hadisələrlə əlamətdar olub. Ölkəmizdə müxtəlif beynəlxalq tədbirlər keçirilib, diplomatiya sahəsində möhtəşəm nailiyyətlər qazanılıb. Təbii ki, ölkəmizin inkişafına müsbət təsir göstərən bu fəaliyyətlər Prezident İlham Əliyevin liderliyi və birbaşa iştirakı ilə həyata keçib.
Dövlət başçısı bu il ərzində 309 tədbirdə iştirak edib, 113 qəbul keçirib. Həmin müddətdə Prezident respublikanın müxtəlif regionlarına 38, xarici ölkələrə isə 20 səfər gerçəkləşdirib. Dövlət başçısı ötən müddətdə 185 qanun və 180 sərəncam imzalayıb, 121 görüş keçirib, 10 müsahibə verib.
Bundan başqa, İlham Əliyev il ərzində 17 mətbuat konfransı keçirib. Azərbaycan lideri həmçinin il ərzində 20 bəyanat verib, 12 imzalanma və 42 müraciət edib.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyevdən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı paylaşım - Baku TV
- İlham Əliyev vacib sərəncamlar imzaladı - Baku TV
- Prezident İlham Əliyevdən vacib sərəncamlar - Baku TV CANLI
- Prezident və ailəsi “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olub
- İlham Əliyev və Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olublar - Baku TV
