Pleyeri seçin:

Rusiya səfirindən Cənubi Qafqazla bağlı diqqətçəkən açıqlama

30 dekabr 2025 684 baxış

Rusiya Vaşinqtonda elan edilən "Trampın beynəlxalq sülh və rifaha aparan yolu" adlı layihə ətrafındakı hadisələri diqqətlə izləyir.

Bunu Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin "Noev Kovçeq" qəzetinə verdiyi müsahibədə bildirib.

"İndiyə qədər yalnız bu möhtəşəm adı eşitmişik. Bildiyimiz qədəri ilə onun həyata keçirilməsi üzrə praktiki işlər hələ başlamayıb. Mövqeyimiz bu təşəbbüs konkret forma aldıqdan sonra formalaşdırılacaq.

Bundan əlavə, "Tramp marşrutu" Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünə təsir göstərə bilər, çünki respublika ərazisindən malların keçirilməsi digər məsələlərlə yanaşı, Avrasiya Birliyinin qanunları ilə tənzimlənir. Bu məsələ ilə bağlı erməni tərəfdaşlarımızla əsaslı məsləhətləşmələrə hazırıq".

Səfir əlavə edib ki, Rusiya Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasını daim müdafiə edir: "Bu sahədə irəliləyiş əvvəlcə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə imzalanmış bir sıra üçtərəfli sazişlərə əsaslanır. Hesab edirik ki, müvafiq addımlar atılarkən regiondakı bütün maraqlı ölkələrin və onların qonşularının maraqlarını nəzərə almalıdır".

Banner
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 684 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 684 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 684 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 684 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 684 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 684 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 684 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 684 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 684 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 684 baxış
Seçilmişlər
icon