Pleyeri seçin:

İlham Əliyevin Davosda "BTG Pactual" şirkətinin rəhbərliyi ilə görüşü baş tutdu - Baku TV

19 yanvar 2026 168 baxış

Prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Braziliyanın aparıcı investisiya banklarından və aktivlərin idarə edilməsi şirkətlərindən biri olan “BTG Pactual” şirkətinin sədri Andre Esteves ilə görüşüb.

Prezident İlham Əliyev Azərbaycanın makroiqtisadi sabitliyinə və fiskal intizamına, həmçinin uzunmüddətli inkişaf strategiyasına toxunaraq bu istiqamətdə həyata keçirilən siyasətin ölkəmizin beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinə müsbət təsir göstərdiyini deyib.

Dövlət başçısı vurğulayıb ki, dünyanın beynəlxalq reytinq agentlikləri ölkəmizin kredit reytinqini daha da artıraraq investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırıb.

Rəhbərlik etdiyi şirkətin qlobal fəaliyyət coğrafiyası və institusional investorlarla iş təcrübəsi barədə danışan Andre Esteves “BTG Pactual”ın müxtəlif regionlarda tətbiq etdiyi investisiya yanaşmaları barədə məlumat verib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə bu şirkət arasında son dövrlərdə mümkün əməkdaşlıq istiqamətləri və strateji prioritetlər ətrafında ilkin müzakirələr aparılır, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoq davam etdirilir.

Söhbət zamanı qlobal iqtisadi proseslər, beynəlxalq maliyyə bazarlarında mövcud vəziyyət və institusional investorların müxtəlif regionlara yanaşması, həmçinin inkişaf etməkdə olan bazarlarda investisiya mühiti, uzunmüddətli investisiya yanaşmaları və qarşılıqlı investisiya layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 1983-cü ildə təsis edilmiş “BTG Pactual” təxminən yarım trilyon ABŞ dollarından çox aktivləri idarə edir.

Bəkdaş, Bələk/Balak, Bənövşəbuşt, Bərk dərə, Bərgüşad - türk tarixinin izi

Bəkdaş, Bələk/Balak, Bənövşəbuşt, Bərk dərə, Bərgüşad - türk tarixinin izi

Siyasət
17 fevral 2026 168 baxış
ABŞ Ermənistana 100-dən artıq "Starlink" terminalı verdi: Regionda yeni mərhələ başlayır?

ABŞ Ermənistana 100-dən artıq "Starlink" terminalı verdi: Regionda yeni mərhələ başlayır?

Siyasət
17 fevral 2026 168 baxış
"44 günlük müharibə Ermənistan və Azərbaycan arasında qeyri-bərabərliyi üzə çıxardı"

"44 günlük müharibə Ermənistan və Azərbaycan arasında qeyri-bərabərliyi üzə çıxardı"

Siyasət
17 fevral 2026 168 baxış
Nüvə danışıqları ərəfəsində 7 lider İranla niyə dialoq apardı? | BİZDƏN NƏ DANIŞIRLAR?

Nüvə danışıqları ərəfəsində 7 lider İranla niyə dialoq apardı? | BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
16 fevral 2026 168 baxış
"V-BAT"lər Ermənistana üstünlük qazandıracaq, yoxsa daha bir ölkə ilə gərginlik? - HƏRBİ XRONİKA

"V-BAT"lər Ermənistana üstünlük qazandıracaq, yoxsa daha bir ölkə ilə gərginlik? - HƏRBİ XRONİKA

Siyasət
16 fevral 2026 168 baxış
İlham Əliyevin sosial media hesablarında Serbiyaya rəsmi səfərlə bağlı video paylaşılıb - Baku TV

İlham Əliyevin sosial media hesablarında Serbiyaya rəsmi səfərlə bağlı video paylaşılıb - Baku TV

Siyasət
16 fevral 2026 168 baxış
Qərbi Azərbaycanla bağlı xüsusi komissiya yaradıldı: "Tarixi gerçəkləri çatdırmaq üçün..." - Baku TV

Qərbi Azərbaycanla bağlı xüsusi komissiya yaradıldı: "Tarixi gerçəkləri çatdırmaq üçün..." - Baku TV

Siyasət
16 fevral 2026 168 baxış
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib - Baku TV

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib - Baku TV

Siyasət
16 fevral 2026 168 baxış
Azərbaycanla Serbiya arasında enerji, siyasət və strateji ittifaqın yeni mərhələsi - Baku TV

Azərbaycanla Serbiya arasında enerji, siyasət və strateji ittifaqın yeni mərhələsi - Baku TV

Siyasət
16 fevral 2026 168 baxış
Fransa Azərbaycana qarşı hansı səhvləri edib? - Müsahibədə diqqətçəkən mesajlar - Baku TV

Fransa Azərbaycana qarşı hansı səhvləri edib? - Müsahibədə diqqətçəkən mesajlar - Baku TV

Siyasət
16 fevral 2026 168 baxış
Seçilmişlər
icon