Siyasət
Pleyeri seçin:

İran nə üçün Zəngəzur dəhlizinin açılmasına qarşıdır? | Tehranın əsassız narahatlığı

11 sentyabr 2024 90 baxış

İran ardıcıl şəkildə Zəngəzur dəhlizi əleyhinə bəyanatlar səsləndirməkdədir.

Məsud Pezeşkianın prezident seçilməsindən sonra vəziyyətin dəyişəcəyi ehtimalı olsa da, İran yeni hökumətin dövründə də eyni ritorikanı davam etdirməkdədir.

Cənub qonşumuz iddia edir ki, Zəngəzur dəhlizinin açılması regionda sərhədlərin dəyişməsinə səbəb olacaq və buna icazə vermək istəmir. Bu onun qırmızı xəttidir. Maraqlıdır ki, İranın bəyanatları Azərbaycana yox, daha çox Rusiyaya qarşı yönəlib. Sanki rəsmi Tehran Moskva ilə münasibətləri korlamaq üçün bəhanə axtarır. İranda hakimiyyətə gələn Məsud Pezeşkianın komandası qərbmeyilli şəxslərdən ibarətdir. Vitse-prezident Məhəmməd Cavad Zərif İranda ABŞ ilə ən güclü münasibətləri olan şəxs kimi tanınır.

Görünür ki, Tehran Qərblə yaxınlaşmaq üçün Rusiya ilə münasibətləri pozmağa çalışır və bunun üçün də bəhanə Zəngəzur dəhlizidir. Digər alternativ variant Ukrayna məsələsi ola bilərdi ki, İran hələlik bu cəbhədə Rusiya ilə əməkdaşlıq edir.

Ancaq Cənubi Qafqazda tərəflər arasındakı qarşıdurma Ukrayna cəbhəsinə də təsir edə bilər. Eyni zamanda Tehran özünü regionda əsas oyunçulardan biri kimi göstərməyə çalışır. Digər bütün cəhdləri qısqanclıqla qarşılayır.

İran öz qısqanclığını 44 günlük müharibədən sonra Rusiya və Türkiyənin iştirakı ilə Qarabağda formalaşan Birgə Monitorinq Mərkəzinin açılışı zamanı da göstərmişdi. Rəsmi Tehran hələ də keçmişdəki imperiya ambisiyalarından əl çəkmək istəmir. Cənubi Qafqazda özünün hegemonluğunu sübut etmək istəyindədir.

Təbii ki, sərhədlərin dəyişdirilməsi barədə deyilənlər də xülyadır. Əgər belə bir şey olsa idi, İran Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 ildə bir dəfə də olsun səsini çıxarardı. Bunlar sadəcə dəhlizin qarşısını kəsmək üçün məqsədyönlü bəhanələrdir.

İranda da yaxşı bilirlər ki, Azərbaycanın Ermənistana qarşı hər hansı ərazi iddiası yoxdur. Dəhliz sadəcə nəqliyyat xəttidir, burada sərhəd dəyişdirilməsindən söhbət getmir. Dəhlizin açılması ilə bağlı Tehranın hansısa formada narahatlığına heç bir əsas yoxdur. İran yenə də Ermənistan üzərindən Gürcüstan və Qara dəniz hövzəsinə çıxa biləcək. Hazırda bu ölkənin özündə iqtisadi vəziyyət yaxşı deyil. Tehran Azərbaycan, Türkiyə, lap elə Rusiya ilə nəinki əlaqələri pozmaq, daha da inkişaf etdirməklə çox mühüm qazanclar əldə edə bilər. Bu dəhliz həmçinin İranın Avropaya çıxışını təmin edə bilər.

Nəzərə alaq ki, M.Pezeşkian hökuməti Qərblə siyasi-iqtisadi əlaqələrin qurulmasını qarşıya məqsəd kimi qoyub. İstənilən dəhliz, yol həmin bölgədə yerləşən dövlətlərə yalnız xeyir gətirə bilər. Zəngəzur dəhlizinin də region ölkələrinə, o cümlədən İrana faydası böyükdür. Ancaq Tehran mövcud reallıqları qəbul etmək istəməyərək keçmişdə qalmış imperiya maraqlarını hər şeydən üstün tutmaqla itirməyə davam edir.

Neçə nəfər insan alverinin qurbanı olub? | Seyfulla Əzimov statistikanı açıqladı

Neçə nəfər insan alverinin qurbanı olub? | Seyfulla Əzimov statistikanı açıqladı

Siyasət
17 may 2025 90 baxış
Aleksey Overçuk Azərbaycana dəmir yolu tariflərinin endirilməsinə görə təşəkkür etdi

Aleksey Overçuk Azərbaycana dəmir yolu tariflərinin endirilməsinə görə təşəkkür etdi

Siyasət
17 may 2025 90 baxış
Türkiyəli ekspert Ukrayna-Rusiya görüşündən danışdı | Bunu birinci dəfədə həll etmək mümkün deyil...

Türkiyəli ekspert Ukrayna-Rusiya görüşündən danışdı | Bunu birinci dəfədə həll etmək mümkün deyil...

Siyasət
17 may 2025 90 baxış
Rusiya və Ukrayna görüşündən sonra qərar verildi | Əməkdaşımız ən son məlumatları çatdırdı

Rusiya və Ukrayna görüşündən sonra qərar verildi | Əməkdaşımız ən son məlumatları çatdırdı

Siyasət
16 may 2025 90 baxış
Azərbaycan və Qazaxıstan hərbçiləri görüşdü | Nələr müzakirə edildi?

Azərbaycan və Qazaxıstan hərbçiləri görüşdü | Nələr müzakirə edildi?

Siyasət
16 may 2025 90 baxış
Albaniyadakı İlham Əliyev və Kaya Kallasın görüşündən görüntülər

Albaniyadakı İlham Əliyev və Kaya Kallasın görüşündən görüntülər

Siyasət
16 may 2025 90 baxış
İlham Əliyevin "Avropa Siyasi Birliyi"  6-cı Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlər

İlham Əliyevin "Avropa Siyasi Birliyi" 6-cı Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlər

Siyasət
16 may 2025 90 baxış
İlham Əliyevlə Albaniyanın Baş nazirinin işçi nahar əsnasında görüşü olub

İlham Əliyevlə Albaniyanın Baş nazirinin işçi nahar əsnasında görüşü olub

Siyasət
16 may 2025 90 baxış
"Kəndi tərk edəndə 12 yaşım vardı, meşədə azmışdım" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"Kəndi tərk edəndə 12 yaşım vardı, meşədə azmışdım" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
16 may 2025 90 baxış
Albaniya bu məsələlərdə geri qalır | Azərbaycandan mühüm dəstək

Albaniya bu məsələlərdə geri qalır | Azərbaycandan mühüm dəstək

Siyasət
16 may 2025 90 baxış
Seçilmişlər
icon