Siyasət
Pleyeri seçin:

İran Rusiya və Çinlə hansı gizli danışıqları aparır?

12 aprel 2023

Çin, Rusiya və İran BMT sanksiyalarını açıq şəkildə pozaraq ballistik raketlərin daşınmasında istifadə olunan əsas kimyəvi maddənin tədarükü üçün gizli danışıqlar aparır.

Bu barədə “Politico” nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, Tehran raketləri gücləndirmək üçün istifadə olunan bərk yanacağın əsas tərkib hissəsi olan külli miqdarda ammonium perkloratın əldə edilməsi üçün hər iki ölkənin rəsmiləri və hökumətin nəzarətində olan qurumlarla, o cümlədən Rusiyanın dövlət kimya istehsalçısı “FKP Anozit”lə paralel danışıqlar aparır.

Məlumata görə, Tehranın Çində və daha geniş regionda texnologiyalar üzrə müşaviri olan iranlı diplomat Səccad Əhədzadə Pekində yanacaq əldə etmək üçün danışıqlara rəhbərlik edib.

Danışıqlarda hansı Çin şirkətlərinin iştirak etdiyi və İranın əldə etmək istədiyi ammonium perkloratın dəqiq miqdarı bəlli deyil. Lakin ekspertlər hesab edirlər ki, bu, minlərlə raketin, xüsusən də 700 kilometr mənzilli və istifadə olunan “Zülfüqar” raketinin istehsalına kifayət edəcək.

Analitiklərin fikrincə, İran kosmos proqramları adı altında daha uzaqmənzilli raketlər hazırlamaq üçün də məhz bu yanacaqdan istifadə edir. Həmçinin razılıq əldə olunarsa, bu raketlərdən bəziləri Ukraynaya qarşı yerləşdirilə bilər.

Qeyd edək ki, BMT-nin 2015-ci ildə qəbul etdiyi qətnaməyə əsasən Təhlükəsizlik Şurasının təsdiqi olmadan İrana ammonium nitrat verilməsi qadağan edilib.

Xarici İşlər Nazirliyi bəyanat yaydı | Ermənistanın saxta hekayələrini...

Xarici İşlər Nazirliyi bəyanat yaydı | Ermənistanın saxta hekayələrini...

Siyasət
06 oktyabr 2024
Qərbi Azərbaycan İcması vacib bəyanat yaydı

Qərbi Azərbaycan İcması vacib bəyanat yaydı

Siyasət
06 oktyabr 2024
Bu müraciət qəbuledilməzdir! | Milli Məclis ABŞ-nin ikiüzlü siyasətinə səssiz qalmadı

Bu müraciət qəbuledilməzdir! | Milli Məclis ABŞ-nin ikiüzlü siyasətinə səssiz qalmadı

Siyasət
05 oktyabr 2024
Alban və Ağvanlar yalnız çadırın üstünün rənginə görə fərqlənən türk tayfalarıdır

Alban və Ağvanlar yalnız çadırın üstünün rənginə görə fərqlənən türk tayfalarıdır

Siyasət
05 oktyabr 2024
Milli Məclisin deputatları Ceyhun Bayramovdan nə istədi? | Detallar açıqlandı

Milli Məclisin deputatları Ceyhun Bayramovdan nə istədi? | Detallar açıqlandı

Siyasət
05 oktyabr 2024
Azərbaycan və Özbəkistan hərbçilərinin təliminin bağlanış mərasimi keçirildi

Azərbaycan və Özbəkistan hərbçilərinin təliminin bağlanış mərasimi keçirildi

Siyasət
05 oktyabr 2024
Ayxan Hacızadədən Ermənistana sərt sözlər | Açıqlamalar ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır

Ayxan Hacızadədən Ermənistana sərt sözlər | Açıqlamalar ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır

Siyasət
05 oktyabr 2024
Ən yüksək nəticə göstərən 102 tələbəyə Prezident təqaüdü veriləcək | Ölkə başçısından sərəncam

Ən yüksək nəticə göstərən 102 tələbəyə Prezident təqaüdü veriləcək | Ölkə başçısından sərəncam

Siyasət
05 oktyabr 2024
İlham Əliyev Sabir Hacıyev ilə bağlı sərəncam imzaladı

İlham Əliyev Sabir Hacıyev ilə bağlı sərəncam imzaladı

Siyasət
05 oktyabr 2024
Azərbaycan QHT-ləri Adam Şiffə müraciət edib | ABŞ-nin konqresmenindən qərəzli addım

Azərbaycan QHT-ləri Adam Şiffə müraciət edib | ABŞ-nin konqresmenindən qərəzli addım

Siyasət
05 oktyabr 2024
Seçilmişlər
icon