Pleyeri seçin:

İran Zəngəzur dəhlizinin açılmasına mane olub, yoxsa...? | Dəhlizin region üçün əhəmiyyəti

12 iyun 2025 594 baxış

İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxdığını bir daha etiraf edib.

Bu barədə İranın ali rəhbəri Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “Tasnim” agentliyinə açıqlamasında bildirib.

İran rəsmisi anti-Azərbaycan mövqeyinə haqq qazandırmaq üçün qeyd edib ki, Zəngəzur dəhlizinin açılmasında əsas məqsəd guya İranın Avropaya çıxışını məhdudlaşdırmaqdır.

Vilayəti iddia edib ki, ABŞ-nin sabiq prezidenti Co Bayden dəhlizi işə salmaq istəyib, lakin İran layihənin həyata keçirilməsinə mane olub. Vilayətinin açıqlaması geosiyasi baxımdan əsasız və şişirdilmiş bir ideyadır. İranın Ermənistan və Gürcüstan vasitəsi ilə Avropaya çıxışı var. Yəni Zəngəzur dəhlizi bunun qarşısını kəsmir. İranın dəhlizə qarşı çıxmasının isə əsl səbəbi başqadır.

Birincisi, bu layihə Azərbaycan-Türkiyə birliyini möhkəmləndirəcək. İkincisi, dəhliz Türkiyəni türk dünyasına daha da yaxınlaşdıracaq. Bu, İranın uzunmüddətli geosiyasi maraqlarına cavab vermir. Üçüncü bir məsələ isə ondan ibarətdir ki, İran Ermənistan bazarını əldən vermək istəmir. Dəhlizin açılması Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələri gücləndirə bilər ki, bu da Tehranın maraqlarına cavab vermir.

Xameneinin müşaviri məsələdə Co Baydenin rolunu bilərəkdən şişirdib. Görünür, İran Baydenin bütün qərarlarına qarşı çıxan Trampdan dəstək istəyir. Həmçinin keçmiş baş diplomat prezidentlik həvəsinə düşüb. Halbuki 2013-cü ildə Həsən Ruhani birinci, Vilayəti isə axırdan birinci olub. İndi isə o, islahatçı qanaddan olan Prezident Məsud Pezeşkianın qarşısında mühafizəkarların əsas namizədinə çevrilmək niyyətindədir.

İrandan səslənən fikirlərə rəğmən, cənubda da çox yaxşı bilirlər ki, Zəngəzur dəhlizinin gələcək taleyi İrandan yox, Azərbaycan, Türkiyə və Ermənistandan asılıdır.

Banner
Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Siyasət
07 noyabr 2026 594 baxış
Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 594 baxış
İrəvanın yeni təhlükəsizlik axtarışı

İrəvanın yeni təhlükəsizlik axtarışı

Siyasət
07 noyabr 2026 594 baxış
Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Siyasət
07 noyabr 2026 594 baxış
Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 594 baxış
Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Siyasət
07 noyabr 2026 594 baxış
Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Siyasət
07 noyabr 2026 594 baxış
İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
07 noyabr 2026 594 baxış
Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Siyasət
07 noyabr 2026 594 baxış
Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Siyasət
07 noyabr 2026 594 baxış
Seçilmişlər
icon