Pleyeri seçin:

İrəvan seçim etməlidir | Hulusi Kılıçdan sülh müqaviləsi barədə mesaj

25 mart 2025 277 baxış

“Azərbaycanla Ermənistan arasında sülh mətni üzərində əldə edilən razılaşma Türkiyə tərəfindən də sevinclə qarşılandı.

Bununla belə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh prosesinin irəliyə aparılması üçün Ermənistanın daha iki şərti yerinə yetirməli olduğunu açıqladı. Bu, Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddialarını ehtiva edən müddəalarla bağlıdır. Digəri isə ATƏT-in Minsk qrupundan imtina məsələsidir”.

Bu sözləri Teleqraf-a Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Diplomat qalıcı sülh üçün bir-birinə qarşı ərazi iddialarına birdəfəlik son qoyulmalı olduğunu söyləyib:

“Bu hüquqi sənədlərdə də əksini tapmalıdır. Azərbaycanın bu tələbləri beynəlxalq hüquqa əsaslanır. Eyni zamanda İrəvan Minsk qrupu ilə bağlı mövqeyini ifadə etməlidir. Həmsədrlik institutu 44 günlük Vətən müharibəsi ilə tarixin arxivinə göndərilib. Artıq onun fəaliyyətinə ehtiyac qalmayıb”.

O bildirib ki, Ermənistan sülh mesajları fonunda Azərbaycanla şərti sərhəddə hərbi təxribatlardan əl çəkmir:

“Bu, ziddiyyətli davranışdır. Fransa və başqa ölkələrdən Ermənistana göndərilən silahlar, görünür, onları bir qədər həvəsləndirib. Bütün bunlar erməni tərəfinin sülh prosesinə səmimi yanaşmadığını nümayiş etdirir.

Türkiyə Azərbaycanla Ermənistan arasındakı sülh prosesini yaxından izləyir. Bakı ilə İrəvan arasında yekun sülh sazişi imzalandıqdan sonra Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşması mümkündür. Bundan da faydalanan Ermənistan olacaq”, − o əlavə edib.

Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir - Baku TV

Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir - Baku TV

Siyasət
11 dekabr 2025 277 baxış
“Qələbə qazandıq, indi sülhü qazanmaq zamanıdır: 2026 yekun sülh ili olacaqmı?” | GLOBAL PANORAMA

“Qələbə qazandıq, indi sülhü qazanmaq zamanıdır: 2026 yekun sülh ili olacaqmı?” | GLOBAL PANORAMA

Siyasət
11 dekabr 2025 277 baxış
Ermənistan qayıdış hüququnu tanımağa məcburdur? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Ermənistan qayıdış hüququnu tanımağa məcburdur? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
11 dekabr 2025 277 baxış
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb - Baku TV

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb - Baku TV

Siyasət
11 dekabr 2025 277 baxış
Ermənistanda separatçılara qarşı təcili əməliyyat keçirildi - Baku TV CANLI

Ermənistanda separatçılara qarşı təcili əməliyyat keçirildi - Baku TV CANLI

Siyasət
11 dekabr 2025 277 baxış
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında vacib telefon danışığı - Baku TV

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında vacib telefon danışığı - Baku TV

Siyasət
11 dekabr 2025 277 baxış
Ermənistanlı nazirdən sülh barədə açıqlama

Ermənistanlı nazirdən sülh barədə açıqlama

Siyasət
11 dekabr 2025 277 baxış
Ermənistanın Qarabağ yalanı Brüsselin sənədinə necə düşdü? - AKTUAL GÜNDƏM

Ermənistanın Qarabağ yalanı Brüsselin sənədinə necə düşdü? - AKTUAL GÜNDƏM

Siyasət
11 dekabr 2025 277 baxış
İki ölkənin rəsmiləri arasında danışıqlar keçirilib | Əməkdaşlıq imkanları müzakirə olunub - Baku TV

İki ölkənin rəsmiləri arasında danışıqlar keçirilib | Əməkdaşlıq imkanları müzakirə olunub - Baku TV

Siyasət
11 dekabr 2025 277 baxış
Ukrayna seçkilərə hazırdır? | “Qarabağ” - “Ayaks” matçı | Lavrovdan xəbərdarlıq - YENİ BİR SƏHƏR

Ukrayna seçkilərə hazırdır? | “Qarabağ” - “Ayaks” matçı | Lavrovdan xəbərdarlıq - YENİ BİR SƏHƏR

Siyasət
11 dekabr 2025 277 baxış
Seçilmişlər
icon