Pleyeri seçin:

İtaliyalı nazir müavini Azərbaycanın haqq savaşından danışdı

03 dekabr 2023 449 baxış

İtaliyanın xarici işlər nazirinin Qafqaz üzrə məsul müavini Edmondo Çirielli İtaliyann nüfuzlu kütləvi informasiya vasitələrindən olan “Formiche.net” xəbər portalına müsahibə verib.

O, Avropa Parlamentinin üzvü, İtaliyanın “Beş Ulduz hərəkatı” müxalifət partiyasının deputatı Fabio Massimo Kastaldonun Avropa Parlamentində Azərbaycan əleyhinə səsləndirdiyi qərəzli, ədalətsiz və əsassız çıxışları pisləyərək bu cür münasibətin indiyədək əldə olunan sülh razılaşmalarına xələl gətirdiyini qeyd edib.

Həmçinin Avropa və İtaliyanın Azərbaycan və Ermənistan arasında yumşalma mühiti yaratmaq üçün çalışmalı olduğunu vurğulayıb.

Bundan əlavə, italiyalı nazir müavini Avropa Parlamenti deputatının Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərini guya “azərbaycanlıların hücumu” kimi qiymətləndirməsi fikrini dəlilik adlandırıb.

“Azərbaycan heç vaxt Ermənistan ərazisinə qarşı hücum həyata keçirməyib. Azərbaycan Ordusu ermənilərin Qarabağı tərk etməsi üçün təhrikedici heç bir addım atmayıb. Əksinə, bütün bu addımları atanlar separatçılar idi və bununla əlavə gərginlik yaratmaq istəyirdilər”, – deyə E.Çirielli bildirib.

Nazir müavini həmçinin illərlə Rusiyaya yaxın olan Ermənistanın indi xarici güclərin təzyiqi ilə Qərbə yaxınlaşmaq istəyini də şərh edib və söyləyib ki, İkinci Qarabağ müharibəsindəki qələbədən sonra Azərbaycan həm də bölgədə sülhün təşəbbüskarı olub.

Rəsmi Bakı son üç ildə münasibətləri sülh yolu ilə nizamlamağa çalışır. Lakin bəzi Qərb dairələri erməni revanşizmini və erməni millətçiliyini qızışdıraraq beynəlxalq hüquqda belə nəzərdə tutulmayan məsələlərdə İrəvanı Bakının sülh çağırışlarından yayındırmağa çalışır.

Edmondo Çiriellinin sözlərinə görə, heç bir dövlət işğal problemini danışıqlar yolu ilə həll etmək üçün bu qədər gözləməzdi. Ermənistan tərəfindən aparılmış və 30 il davam etmiş münaqişə beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Ermənistan rəhbərliyinin düşüncəsizliyi nəticəsində Azərbaycan BMT qətnamələrini güc yolu ilə icra etməyə məcbur oldu.

30 illik qarşıdurmaya son qoyan əməliyyatın hərbi anatomiyası - HƏRBİ XRONİKA

30 illik qarşıdurmaya son qoyan əməliyyatın hərbi anatomiyası - HƏRBİ XRONİKA

Siyasət
19 sentyabr 2026 449 baxış
Ombudsman monitorinqlərin nəticəsini açıqladı | "İddialar əsassızdır" - Baku TV

Ombudsman monitorinqlərin nəticəsini açıqladı | "İddialar əsassızdır" - Baku TV

Siyasət
19 sentyabr 2026 449 baxış
ABŞ ictimaiyyətini narahat edən qərar | Ağ Evin qərarının pərdəarxası məqamları - Baku TV

ABŞ ictimaiyyətini narahat edən qərar | Ağ Evin qərarının pərdəarxası məqamları - Baku TV

Siyasət
19 sentyabr 2026 449 baxış
Nizami rayonunda keçirilən konfransda suverenliyin əhəmiyyətindən danışıldı - Baku TV

Nizami rayonunda keçirilən konfransda suverenliyin əhəmiyyətindən danışıldı - Baku TV

Siyasət
19 sentyabr 2026 449 baxış
Ermənistanı yeni qarşıdurmaya kim sürükləyir? - AKTUAL GÜNDƏM

Ermənistanı yeni qarşıdurmaya kim sürükləyir? - AKTUAL GÜNDƏM

Siyasət
19 sentyabr 2026 449 baxış
Süni intellekt müharibələrə necə təsir edəcək? - Hərbi sahədə nələr dəyişəcək? - Baku TV

Süni intellekt müharibələrə necə təsir edəcək? - Hərbi sahədə nələr dəyişəcək? - Baku TV

Siyasət
19 sentyabr 2026 449 baxış
Paşinyanın Azərbaycana sülh mesajları ilə Ermənistanın iddiaları niyə toqquşur? - Baku TV

Paşinyanın Azərbaycana sülh mesajları ilə Ermənistanın iddiaları niyə toqquşur? - Baku TV

Siyasət
19 sentyabr 2026 449 baxış
Qondarma rejimi ləğv edən fərman yenidən gündəmdə | Sənəddə nələr qeyd olunub? - Baku TV

Qondarma rejimi ləğv edən fərman yenidən gündəmdə | Sənəddə nələr qeyd olunub? - Baku TV

Siyasət
19 sentyabr 2026 449 baxış
“Haber Global” Qarabağda antiterror əməliyyatının 3-cü ildönümü ilə bağlı süjet hazırladı - Baku TV

“Haber Global” Qarabağda antiterror əməliyyatının 3-cü ildönümü ilə bağlı süjet hazırladı - Baku TV

Siyasət
19 sentyabr 2026 449 baxış
Azərbaycan Ordusu tarix yazdı | Ermənistan sülhə necə məcbur edildi? - Baku TV

Azərbaycan Ordusu tarix yazdı | Ermənistan sülhə necə məcbur edildi? - Baku TV

Siyasət
19 sentyabr 2026 449 baxış
Seçilmişlər
icon