Liparityan Bakı və İrəvan arasındakı Vaşinqton razılaşmasını belə şərh etdi
"ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesində qarant rolunda çıxış etdiyinə dair heç bir sübut yoxdur".
Bunu Ermənistan Prezidentinin keçmiş müşaviri Jirayr Liparityan avqustun 8-də Vaşinqtonda Bakı və İrəvan arasında əldə edilmiş razılaşmaları şərh edərkən deyib.
Onun fikrincə, imzalanmış sənədlər Cənubi Qafqaza subyektiv xarakter verir və indi əldə edilən irəliləyişlər möhkəmləndirilməlidir:
"Bu olmalıdır ki, Cənubi Qafqaz sadəcə coğrafi anlayışa deyil, siyasi məfhuma çevrilməlidir. Ermənistan və Azərbaycan Gürcüstanla birlikdə çalışmalıdır ki, onların sülhə gedən yolu kənar qüvvələr tərəfindən relsdən çıxarılmasın".
J.Liparityan əlavə edib ki, bunun alternativi xarici manipulyasiyalar və yenilənmiş münaqişə dövrünə qayıdış olardı.
#Jirayr Liparityan teqi istifadə olunub
