Pleyeri seçin:
Macarıstan Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər etdi
Azərbaycan və Macarıstan Müdafiə nazirlikləri arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Macarıstan Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib.
Səfər çərçivəsində qonaqlar əvvəlcə Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində olublar.
Hərbi hissənin qərargahında qonaqlara xüsusi təyinatlıların döyüş təcrübəsini əks etdirən brifinq təqdim olunub.
Sonra macarıstanlı qonaqlar hərbi hissədə görülən işlərlə tanış olublar.
Keçirilən görüşün məqsədi mümkün əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsinin aparılması, eləcə də qarşılıqlı əlaqələrin inkişafı istiqamətində təkliflərin müzakirə edilməsidir.
Kopyalandı
#Müdafiə Nazirliyi teqi istifadə olunub
- Azərbaycanın artan nüfuzu | "Baku TV" 8 yaşını qeyd edir | ABŞ-İran dialoqu - YENİ BİR SƏHƏR
- Müdafiə Nazirliyi gənc əsgərlərin yaxınlarına müraciət etdi - Baku TV CANLI
- “Xəstə adamam, dayana bilmirəm” | Sakinə niyə 30 ildir ki, müharibə veteranı adı verilmir? - Baku TV
- Azərbaycan və Böyük Britaniyanın müdafiə nazirləri görüşüb - Baku TV
- Komando və PUA heyətimizin döyüş hazırlığı yüksək qiymətləndirilib
