Makrondan Bakı-İrəvan razılaşması ilə bağlı paylaşım
Fransa Prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəlməsini alqışlayıb.
Bu barədə Fransa lideri “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Ermənistan və Azərbaycan arasında danışıqların yekunlaşdırılması barədə elanı alqışlayıram. Artıq Ermənistan və Azərbaycan arasında Cənubi Qafqazda davamlı sülhə yol açmalı olan sülh sazişinin imzalanmasına heç nə mane olmur”, – deyə E.Makron sosial şəbəkədə yazıb.
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakı və İrəvan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesinin artıq yekunlaşdığını bildirib. Daha sonra isə Azərbaycan Xarici İşlər Nazirliyi Bakı və İrəvan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsi haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanat yayıb. Bəyanatda iki ölkə arasında danışıqların yekunlaşdığı qeyd olunub.
#Fransa teqi istifadə olunub
- Fransada hərbçilər xəstəliklə mübarizə tədbirlərinə qoşuldular
- Makrondan Putinlə bağlı sensasiyalı açıqlama
- “Meta” Fransada hərbi çevrilişlə bağlı saxta videonu silməkdən imtina edib
- Xəstəliklə bağlı iribuynuzlu heyvanların kütləvi kəsiminə qərar verilib
- ABŞ-nin gizli strategiyası Fransada qalmaqal yaratdı - Baku TV
