Pleyeri seçin:

Marneulidə Novruz bayramı böyük coşqu ilə qeyd olunur | Prezident və Baş nazir tonqal qaladı

21 mart 2025 825 baxış

Gürcüstanda soydaşlarımızın kompakt yaşadıqları Marneuli rayonunda Novruz bayramı qeyd olunub.

Bayram şənliyində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili, ombudsman Levan İoseliani, barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvelidiani, dövlət və hökumət təmsilçiləri, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri, ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Marneulinin mərkəzində Novruz bayramı ilə əlaqədar təşkil olunan guşələr ziyarət edilib, idman yarışları izlənilib, qaliblərə mükafatlar təqdim olunub. Sonra rəsmilər Novruz tonqalını alovlandırıblar.

Novruz bayramı münasibətilə hər kəsi təbrik edən Prezident Mixeil Kavelaşvili əsrlər boyu azərbaycanlıların və gürcülərin bir yerdə yaşadığını bildirib.

Baş nazir İrakli Kobaxidze Azərbaycan xalqına və Novruz bayramını qeyd edən bütün insanlara müraciət edərək onlara sülh və firavanlıq arzulayıb. Hökumət başçısı xristianlarla müsəlmanları, gürcüləri və azərbaycanlıları birləşdirən çoxəsrlik birgəyaşayış, dostluq münasibətilə fəxr etdiyini deyib.

Parlament sədri Şalva Papuaşvili və digər rəsmi şəxslər ölkənin azərbaycanlı icmasını Novruz bayramı münasibətilə təbrik edib, onlara cansağlığı, sülh və tərəqqi arzulayıblar. Tədbir konsert proqramı ilə davam edib.

Banner
İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

Siyasət
25 oktyabr 2026 825 baxış
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

Siyasət
25 oktyabr 2026 825 baxış
İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

Siyasət
25 oktyabr 2026 825 baxış
İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

Siyasət
24 oktyabr 2026 825 baxış
Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 825 baxış
Təzyiqlərə qarşı ortaq mövqe

Təzyiqlərə qarşı ortaq mövqe

Siyasət
24 oktyabr 2026 825 baxış
“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

Siyasət
24 oktyabr 2026 825 baxış
Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 825 baxış
Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Siyasət
24 oktyabr 2026 825 baxış
Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
24 oktyabr 2026 825 baxış
Seçilmişlər
icon