Minsk qrupunun saxlanılması cəhdinin pərdəarxası | Hikmət Hacıyevdən sərt xəbərdarlıq
“Minsk qrupunun və onunla əlaqədar olan institutların saxlanması cəhdləri Ermənistanın başqa niyyətlərinin olmasından da xəbər verə bilər”.
Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcərdə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, belə bir institut mövcud deyil, hansısa formada fəaliyyətinin mümkünlüyü də reallıqdan tam kənardır:
“Ona görə də Minsk qrupu və onunla əlaqəli institutlarla bağlı fəaliyyətə də tam son qoyulmalıdır. Azərbaycan tərəfi də ATƏT çərçivəsində Ermənistan və Azərbaycanın bununla əlaqədar bigə mövqe nümayiş etdirməsini təklif edib. Amma Minsk qrupunun və onunla əlaqədar olan institutların saxlanması cəhdləri Ermənistanın başqa niyyətlərinin olmasından da xəbər verə bilər. Azərbaycan tərəfindən bu, etimad yaradan bir məsələ deyil”.
#Hikmət Hacıyev teqi istifadə olunub
- Hikmət Hacıyevdən paylaşım | Pokrovsk niyə önəmlidir? | Ukrayna üçün həlledici gün - YENİ BİR SƏHƏR
- Biz anladıq ki, ABŞ beynəlxalq sülh gündəminə tam sadiqdir | Hikmət Hacıyev - Baku TV
- "Sülh geridönməz olmalıdır" | Doha Forumundan mesaj - Baku TV
- Hikmət Hacıyev Doha forumundan paylaşım etdi | Tədbirdə nələr müzakirə olundu - Baku TV
- Hikmət Hacıyev Dohada keçirilən beynəlxalq forumda vacib mesajlar verdi - Baku TV
