Mixeil Kavelaşvili Azərbaycan və Ermənistan arasındakı imzalanacaq sülhdən danışdı
“Gürcüstanla Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Buna görə cənab Prezidentə bir daha təşəkkür etmək istərdim. Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub”.
Bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycanın Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
“Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin bütün bəndləri üzrə danışıqlar prosesinin bu yaxınlarda başa çatmasını alqışlayır. Bu, şübhəsiz ki, regionun potensialının, imkanlarının nümayişində və istifadəsində irəliyə doğru atılmış addımdır. Ümid edirik ki, yaxın gələcəkdə tarixi saziş imzalanacaq və regionda uzunmüddətli, davamlı sülhün təmin edilməsi üçün həlledici təkan olacaq”, – M.Kavelaşvili bildirib.
#Gürcüstan teqi istifadə olunub
- Azərbaycanlı TIR sürücülərinin Gürcüstandakı narazılığı nədəndir? - Baku TV
- İrakli Kobaxidze müxalifət liderlərini debata çağırdı
- "İlham Əliyev Davosda regionun maraqlarını təmsil etdi" - Gürcü politoloqlardan açıqlama - Baku TV
- Telekanal jurnalistikanın prinsiplərini pozub? - Baku TV
- Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və 10-u Avropa İttifaqının üzvüdür | Prezident - Baku TV
