Siyasət
Pleyeri seçin:

Moskvanın hədəsindən sonra Azərbaycan NATO üçün daha da önəmli oldu

19 mart 2024

“Azərbaycan NATO üçün əhəmiyyətli ölkədir”.

Bu barədə Alyansın Baş katibi Yens Stoltenberq Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsi zamanı deyib.

O, açıqlamalarında rəsmi Bakının Ukraynaya etdiyi humanitar yardımı da yüksək qiymətləndirib:

“Azərbaycan NATO üçün enerji təhlükəsizliyi baxımından son dərəcə əhəmiyyətli ölkədir. Xüsusilə irimiqyaslı Rusiya-Ukrayna müharibəsi zamanı rəsmi Moskva NATO müttəfiqlərinə hədə-qorxu gələ bilmək üçün təbii qazdan manipulyasiya aləti kimi istifadə etməyə başlayandan sonra bu, bizim üçün daha da vacib oldu.

Azərbaycan tərəfindən miqdarı artırılan qaz tədarükü NATO müttəfiqlərinin qaz təminatçısı kimi Rusiya asılılığından azad olmasına imkan yaradıb. Yalnız təbii qaz deyil, həmçinin elektrik kabelləri vasitəsilə enerji ixracı sahəsində atılan addımları da yüksək qiymətləndirirəm.

Ümumiyyətlə, Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox vacibdir. Bundan əlavə, Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yardımı və minaların təmizlənməsi sahəsində dəstəyini yüksək qiymətləndirirəm”.

Məlumat üçün bildirək ki, NATO Baş katibi Cənubi Qafqaza 3 günlük səfəri çərçivəsində martın 17-18-də Bakıda yüksəksəviyyəli görüşlər keçirib. Martın 19-da isə Yens Stoltenberq Ermənistana səfər edib. Bildirilib ki, o, 1 günlük səfəri çərçivəsində ölkənin Baş naziri Nikol Paşinyan və Prezident Vaaqn Xaçaturyanla görüşlər keçirəcək.

Lüksemburq DP-nin qətnaməsinə Milli Məclisdən sərt reaksiya | Bu, kənara qoyulmalıdır!

Lüksemburq DP-nin qətnaməsinə Milli Məclisdən sərt reaksiya | Bu, kənara qoyulmalıdır!

Siyasət
21 noyabr 2024
COP29-un 11-ci günü BMT-nin Baş katibi çıxış etdi | Tədbirin ən uğurlu günü - COP BAKU

COP29-un 11-ci günü BMT-nin Baş katibi çıxış etdi | Tədbirin ən uğurlu günü - COP BAKU

Siyasət
21 noyabr 2024
Bakı və İrəvan sülhə yaxındır ? | Türkiyə XİN rəhbərindən açıqlama

Bakı və İrəvan sülhə yaxındır ? | Türkiyə XİN rəhbərindən açıqlama

Siyasət
21 noyabr 2024
Yaşıl və mavi zonalarda silsilə tədbirlər təşkil olundu | Muxtar Babayevdən mühüm açıqlamalar

Yaşıl və mavi zonalarda silsilə tədbirlər təşkil olundu | Muxtar Babayevdən mühüm açıqlamalar

Siyasət
21 noyabr 2024
"Fransa Ermənistandan çox düşmənçilik edir" | BAKU ANALİTİK

"Fransa Ermənistandan çox düşmənçilik edir" | BAKU ANALİTİK

Siyasət
21 noyabr 2024
COP29-un 11-ci günü yekunlaşdı | Əməkdaşımız ən son məlumatları çatdırdı

COP29-un 11-ci günü yekunlaşdı | Əməkdaşımız ən son məlumatları çatdırdı

Siyasət
21 noyabr 2024
İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?

İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?

Siyasət
21 noyabr 2024
BMT-nin Baş katibi COP29-da çağırış etdi | Bu mövqeyinizi yumşaltmalısınız, yoxsa...

BMT-nin Baş katibi COP29-da çağırış etdi | Bu mövqeyinizi yumşaltmalısınız, yoxsa...

Siyasət
21 noyabr 2024
Rusiyada dezinformasiyalar üzrə mühüm tədbir | Azərbaycanı "Global Media Group" təmsil etdi

Rusiyada dezinformasiyalar üzrə mühüm tədbir | Azərbaycanı "Global Media Group" təmsil etdi

Siyasət
21 noyabr 2024
Aleksandr Sayer COP29-da media ilə bağlı yaradılan şəraitdən danışdı

Aleksandr Sayer COP29-da media ilə bağlı yaradılan şəraitdən danışdı

Siyasət
21 noyabr 2024
Seçilmişlər
icon