Pleyeri seçin:

Müharibənin xəritəsi: Suriyada marağı olan qüvvələrin yeni qarşıdurmaya hazırlığı - HƏRBİ XRONİKA

12 oktyabr 2024 106 baxış

Baku TV-nin “Hərbi xronika” rubrikasının yeni buraxılışı yayımlanıb.

Budəfəki buraxılışda aparıcı, müəllif və hərbi jurnalist Fərdin İsazadə Suriyaya marağı olan qüvvələrin yeni qarşıdurmaya hazırlığından bəhs edib.

O bildirib ki, İsrail Ordusu Livanın cənubunda yerüstü əməliyyatlara başlayıb. Hətta Livanın sərhədyanı Marun ər-Ras yaşayış məntəqəsinə bayraq da sancıb. Ümumilikdə İsrail Ordusu Livan sərhədini 8 xətt üzrə keçib:

“Bu hal “Hizbullah”ın döyüşlərə hazır olduğundan və təşkilatın idarəetməsinin yüksəkrütbəli komandirlərdən asılı olmadığından xəbər verir”.

Onun sözlərinə görə, İsrail üçün “Hizbullah” təhdidini aradan qaldırmağın bir yolu var: quru əməliyyatları Livan və Suriya ərazilərinə kimi genişləndirmək. Bu isə öz növbəsində genişmiqyaslı və nəticələri bəlli olmayan regional müharibə deməkdir.

Əlavə olunub ki, bölgəyə hərbi-siyasi marağı olan digər ölkə – İran İslam Respublikası və ona loyal olan qüvvələr də boş oturmur:

“Suriya mənbələrinin məlumatına əsasən, İran milisinin bir qismi rusiyalılardan fərqli olaraq Hələbdən üzü Dəməşq istiqamətinə çəkilir. Yəni üzü Suriya-Livan və Suriya-İsrail sərhədləri istiqamətində. Suriya ərazilərində fəaliyyət göstərən bu qruplar Əsəd rejimi qüvvələrinin əsasını təşkil edir və yüksək döyüş qabiliyyətinə malikdir”.

Qeyd olunub ki, Yaxın Şərqin Suriya cəbhəsində maraqlı olan tərəflər İsrailin bu istiqamətdə mümkün əməliyyatlarını nəzərə alaraq öz maraqlarını təmin etmək üçün hərəkətə keçib.

Suriya-Livan və Suriya-İsrail sərhədləri istiqamətində döyüş qabiliyyəti nisbətən yüksək olan İrana loyal qüvvələri yerləşdirməklə Rusiya İsraillə birbaşa toqquşmadan uzaqlaşır və Suriyanın mərkəzi ərazilərində yerləşir:

“Bu yerdəyişmə ilə İran da öz növbəsində Türkiyəyə loyal qüvvələrlə üzbəüz Əsəd rejiminə məxsus ordunu qoymuş olur. Bunu deməyə əsas verən Hələb və onun ətrafında rejimə məxsus ciddi qüvvətləndirilmə işlərinin aparılmasıdır”.

Vladimir Putindən Avropa İttifaqına sərt xəbərdarlıq - Baku TV CANLI

Vladimir Putindən Avropa İttifaqına sərt xəbərdarlıq - Baku TV CANLI

Siyasət
19 dekabr 2025 106 baxış
Milli Məclis AP-nin Azərbaycana qarşı qətnaməsinə bəyanatla cavab verdi - Baku TV

Milli Məclis AP-nin Azərbaycana qarşı qətnaməsinə bəyanatla cavab verdi - Baku TV

Siyasət
19 dekabr 2025 106 baxış
Milli Məclisdən Avropa Parlamentinə qarşı bəyanat

Milli Məclisdən Avropa Parlamentinə qarşı bəyanat

Siyasət
19 dekabr 2025 106 baxış
Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI

Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI

Siyasət
19 dekabr 2025 106 baxış
Azərbaycandan Ermənistana ixrac edilən neft məhsulları Böyük Kəsik stansiyasına daxil oldu - Baku TV

Azərbaycandan Ermənistana ixrac edilən neft məhsulları Böyük Kəsik stansiyasına daxil oldu - Baku TV

Siyasət
19 dekabr 2025 106 baxış
Özbəkistan nümayəndə heyəti Şuşada | Putin son sözünü dedi | Paşinyandan açıqlama - YENİ BİR SƏHƏR

Özbəkistan nümayəndə heyəti Şuşada | Putin son sözünü dedi | Paşinyandan açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
19 dekabr 2025 106 baxış
ABŞ-də "TRIPP"in Avrasiya regionunda kommunikasiya kontekstində rolu müzakirə edilib - Baku TV

ABŞ-də "TRIPP"in Avrasiya regionunda kommunikasiya kontekstində rolu müzakirə edilib - Baku TV

Siyasət
19 dekabr 2025 106 baxış
Putin müharibənin taleyi barədə danışdı - Baku TV

Putin müharibənin taleyi barədə danışdı - Baku TV

Siyasət
19 dekabr 2025 106 baxış
Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb - Baku TV

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb - Baku TV

Siyasət
19 dekabr 2025 106 baxış
Azərbaycandan Ermənistana göndərilən yanacaq Biləcəridən yola salınıb - Baku TV

Azərbaycandan Ermənistana göndərilən yanacaq Biləcəridən yola salınıb - Baku TV

Siyasət
19 dekabr 2025 106 baxış
Seçilmişlər
icon