NATO ölkələri Qafqazda möhkəmlənir ki... | Belousovdan iddialı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“NATO və Avropa Birliyinin Rusiya ilə qarşıdurma kursu KTMT-nin bir sıra kollektiv təhlükəsizlik regionlarında gərginliyin artmasına səbəb olur”.
Bunu Rusiyanın müdafiə naziri Andrey Belousov deyib.
“NATO-nun ayrı-ayrı ölkələri Qafqazda öz mövqelərini möhkəmləndirməyə, bununla da Xəzər dənizinin resurslarına və Mərkəzi Asiyaya birbaşa çıxış əldə etməyə çalışır. Gürcüstanda vəziyyət destabiləşdirilir və fəal şəkildə anti-Rusiya addımlarına nail olmaq məqsədi daşıyan aksiyalar maliyyələşdirilir. Ziddiyyətləri həll etmək üçün Ermənistan və Azərbaycana həyasızcasına vasitəçilik xidmətləri təklif olunur.
Sülh müqaviləsinin yalnız Qərb platformalarında və diktə əsasında imzalanması təklif edilir. Vaşinqton və Brüsselin təhlükəsizliyin, eləcə də müdafiənin gücləndirilməsi bəhanəsi ilə erməni tərəfdaşlarımızı öz maraqları dairəsinə cəlb etmək planları xüsusi narahatlıq doğurur”, – o bildirib. .
#Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) teqi istifadə olunub
- Super uzaqmənzilli raketlər hansı ölkələrin arsenalında olacaq? - Baku TV
- Uzaqmənzilli raketlər hazırlanır | Bu ölkələr Rusiyaya zərbə endirəcək? - Baku TV CANLI
- Monteneqro və Albaniya NATO-dan kömək istəyib
- Qara dənizdə yeni müharibə həyəcanı? - NATO hərəkətə keçdi - Baku TV CANLI
- Rusiya gəmisi NATO təlimlərini izləyirdi?
