Ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır | İlham Əliyev
“Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə mətbuata bəyanatında deyib.
“Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır.
Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir”, – deyə dövlət başçısı vurğulayıb.
#Gürcüstan teqi istifadə olunub
- Azərbaycanlı TIR sürücülərinin Gürcüstandakı narazılığı nədəndir? - Baku TV
- İrakli Kobaxidze müxalifət liderlərini debata çağırdı
- "İlham Əliyev Davosda regionun maraqlarını təmsil etdi" - Gürcü politoloqlardan açıqlama - Baku TV
- Telekanal jurnalistikanın prinsiplərini pozub? - Baku TV
- Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və 10-u Avropa İttifaqının üzvüdür | Prezident - Baku TV
