Siyasət
Pleyeri seçin:

Özbəkistan Xankəndidə nə yaradacaq? - Prezidentdən mühüm açıqlama

23 avqust 2024

“Bu gün biz rəsmən müttəfiqlər olduq. Bu, tarixi məqamdır”.

Prezident İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə mətbuata bəyanatında belə deyib.

Dövlət başçısı müttəfiqlik münasibətlərinə dair müqavilənin iki ölkənin imzalaya biləcəyi ali səviyyəli beynəlxalq sənəd olduğunu vurğulayıb.

“Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldu. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”, – Prezident İlham Əliyev deyib.

Azərbaycan Prezidenti qeyd edib ki, bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi ərazilərə çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistanla Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır.

Dövlətimizin başçısı özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə danışıqlarda işğaldan azad olunmuş Xankəndi şəhərində yüngül sənaye müəssisəsinin yaradılması layihəsini müzakirə etdiklərini bildirib.

“Bu, xalqlarımızın qardaşlığının və dostluğunun daha bir rəmzidir. Biz həmişə – istər işğal dövründə, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra özbək xalqının qardaş dəstəyini hiss etmişik. Mən bu gün bu barədə danışmışam, Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək göstərməklə yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib”, – deyə Prezident İlham Əliyev bildirib.

AŞPA-da Azərbaycan əleyhinə səs vermiş şəxslər... | Xarici İşlər Nazirliyi

AŞPA-da Azərbaycan əleyhinə səs vermiş şəxslər... | Xarici İşlər Nazirliyi

Siyasət
25 avqust 2024
Amfibiya təyyarəmiz Türkiyədə yanğınlarla mübarizəni davam etdirir

Amfibiya təyyarəmiz Türkiyədə yanğınlarla mübarizəni davam etdirir

Siyasət
25 avqust 2024
XİN-dən Aİ-nin qərəzli iddialarına sərt cavab

XİN-dən Aİ-nin qərəzli iddialarına sərt cavab

Siyasət
25 avqust 2024
Ermənistanda "siyasi meyitlər"i diriltmək istəyən kimlərdir? | Sarkisyanı özündən çıxaran səbəb

Ermənistanda "siyasi meyitlər"i diriltmək istəyən kimlərdir? | Sarkisyanı özündən çıxaran səbəb

Siyasət
24 avqust 2024
Kərim Vəliyev Almatıda Azərbaycan Qazaxıstan təlimlərini izlədi | "Altın Kıran-2024"dən görüntülər

Kərim Vəliyev Almatıda Azərbaycan Qazaxıstan təlimlərini izlədi | "Altın Kıran-2024"dən görüntülər

Siyasət
24 avqust 2024
Ukrayna üçün önəmli gün | İlham Əliyev Zelenskiyə məktub ünvanladı

Ukrayna üçün önəmli gün | İlham Əliyev Zelenskiyə məktub ünvanladı

Siyasət
24 avqust 2024
Səfər yekunlaşdı | İlham Əliyev və Mehriban Əliyeva Özbəkistandan yola salındı

Səfər yekunlaşdı | İlham Əliyev və Mehriban Əliyeva Özbəkistandan yola salındı

Siyasət
24 avqust 2024
İlham Əliyev və Şavkat Mirziyoyevdən Daşkənddə mühüm açıqlamalar

İlham Əliyev və Şavkat Mirziyoyevdən Daşkənddə mühüm açıqlamalar

Siyasət
24 avqust 2024
Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü

Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü

Siyasət
24 avqust 2024
MSK-dan seçkilər barədə vacib açıqlama | Neçə namizəd iştirak edəcək?

MSK-dan seçkilər barədə vacib açıqlama | Neçə namizəd iştirak edəcək?

Siyasət
24 avqust 2024
Seçilmişlər
icon