Siyasət
Pleyeri seçin:
Putin və Paşinyan arasında telefon danışığı | Nələr müzakirə edildi?
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.
Bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
Xəbərdə bildirilib ki, telefon danışığı zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən Vladimir Putinin Bakıya dövlət səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı danışıqlar nəzərə alınmaqla müzakirələr davam etdirilib.
Rusiya tərəfinin Ermənistan və Azərbaycana sülh müqaviləsinin hazırlanmasında, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin təşviqində, habelə nəqliyyat və logistika əlaqələrinin blokdan çıxarılmasında yardım göstərməyə hazır olduğu təsdiqlənib. Təmasların davam etdirilməsi razılaşdırılıb.
Kopyalandı
Seçilmişlər