Ukrayna üçün önəmli gün | İlham Əliyev Zelenskiyə məktub ünvanladı
Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə təbrik məkubu ünvanlayıb.
Dövlət başçısı məktubda Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Volodimir Zelenskini və bütün Ukrayna xalqını təbrik edib.
“Azərbaycanla Ukraynanı zəngin ənənələrə malik dostluq əlaqələri birləşdirir. Ərazi bütövlüyü və suverenlik məsələlərində BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanla Ukrayna qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirirlər. Biz dost Ukrayna xalqına bundan sonra da lazımi humanitar dəstək və yardım göstərmək üçün hər cür səy göstərmək niyyətimizi ifadə edirik.
Əminəm ki, Azərbaycan - Ukrayna dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, – deyə Prezident İlham Əliyev qeyd edib.