Paşinyan bunu Azərbaycana görə edəcək | Müharibə nəyə vadar etdi?
Yeniliklərdən dərhal xəbərdar olun
Baş nazir Nikol Paşinyan Ermənistanın yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib. “Ermənistan Respublikasının konstitusiya dəyişikliklərinə deyil, yeni konstitusiyaya ehtiyacı var” deyən Paşinyan ölkə gündəminə yeni mövzu gətirib.
Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Nikol Paşinyan parlamentdəki çıxışlarında mövcud konstitusiya barəsində ara-sıra tənqidi fikirlərini bildirib, qonşu dövlətlərə ərazi iddiasını əks etdirən bəndlərin əsas qanunda varlığının reallığı əks etdirmədiyinə işarə edib:
“Bu həqiqətdir. Ermənistan müstəqilliyini qazandıqda bu ölkədəki siyasi qüvvələr özgə torpaqlara göz dikərək, ərazi iddialarını əsas qanuna salmışdılar. O dövr bitdi. Paşinyan anlayır ki, konstitusiya dəyişikliyi etmədən Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq çətin olacaq. Radikalların və Qarabağ klanının müqavimətindən asılı olmayaraq, Paşinyan yeni konstitusiya qəbul etmək istəyərsə, erməni cəmiyyətinin əksər hissəsi ona dəstəyini ifadə edəcək. Bu həmin ermənilərdir ki, İkinci Qarabağ müharibəsindəki ağır məğlubuyyətə rəğmən, yenə Nikol Paşinyana səs verdilər. Onlar yeni konstutisiyaya da “yox” deməyəcəklər”.
#Nikol Paşinyan teqi istifadə olunub
- Ara yenidən qarışdı: Paşinyanın hansı qərarı Moskvanı narahat edir? - Baku TV CANLI
- Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu
- İrəvanın yeni planı Moskva ilə münasibətləri pozacaq? - Baku TV CANLI
- Ermənistan Avropaya inteqrasiya yolunda Rusiyanın təsirindən qurtula biləcəkmi? - Baku TV
- Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV
