Pleyeri seçin:
Paşinyan delimitasiyadan danışdı | Görüş baş tutacaq
Ermənistanın Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevlə Münxendə keçirilən görüşün əsas nəticələrindən birini tərəflərin əvvəllər əldə edilmiş razılaşmalara sadiqliyinin təsdiqi adlandırıb.
Bu barədə o, Almaniyadakı erməni icmasının nümayəndələri ilə görüşündə bildirib.
“Masada vacib bir sual var idi. Tərəflər daha əvvəl Praqa və Brüsseldə əldə olunan razılaşmaları təsdiq edirmi? Ümumiləşdirsək, qeyd edə bilərik ki, tərəflər bu razılaşmalara sadiq qalırlar”, – Paşinyan bildirib.
O həmçinin qeyd edib ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutacaq. Bundan sonra ölkələr arasında sərhədin demarkasiyası və delimitasiyası üzrə komissiyanın növbəti iclası da keçiriləcək.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- Prezident Qaradağda müəssisənin açılışında iştirak edib | ABŞ-İran yeni gərginlik - YENİ BİR SƏHƏR
- İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında - Baku TV
- Azərbaycan və Rusiya prezidentləri nələri müzakirə etdi? - Baku TV
- Əziz Səncərin "Şöhrət" ordeni ilə təltif edilməsi Türkiyə mediasında - Baku TV
- Azərbaycan və Rusiya prezidentləri nələri müzakirə etdi? - Baku TV CANLI
