Paşinyan erməni deputatlara güvənmir
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan artıq öz komanda üzvlərinə də güvənmir.
Bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat verib. Bildirilib ki, təhlükəsizlik xidmətinin əməkdaşları görüşlərdən əvvəl hakim “Mülki Müqavilə” partiyasının deputatlarının telefonlarını və ağıllı saatlarını yığırlar.
Bu məlumatı erməni deputat Ovik Ağazaryan da təsdiqləyib. Deputat iddia edib ki, guya bu addım parlamentarilərin diqqətinin yayınmaması üçün atılıb.
Məlumata görə, iyunun 10-da Nikol Paşinyan müdafiə naziri Suren Papikyanın oğlu Arşak Orduxanyanın toyunda iştirak edib. Baş nazirin toyda iştirakından əvvəl isə təhlükəsizlik işçiləri təxminən 900 qonağı metal detektorları ilə yoxlayıb. Ermənistan mətbuatı bunun Baş nazirin təhlükəsizlik qayğılarından xəbər verdiyini iddia edir.
#Nikol Paşinyan teqi istifadə olunub
- Ara yenidən qarışdı: Paşinyanın hansı qərarı Moskvanı narahat edir? - Baku TV CANLI
- Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu
- İrəvanın yeni planı Moskva ilə münasibətləri pozacaq? - Baku TV CANLI
- Ermənistan Avropaya inteqrasiya yolunda Rusiyanın təsirindən qurtula biləcəkmi? - Baku TV
- Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV
