Siyasət
Pleyeri seçin:

Paşinyan geri addım atdı | Zəngəzur dəhlizinə hansı ölkə nəzarət edəcək?

14 oktyabr 2024

“Gəlin, bir daha xəritəyə nəzər salaq. Fikrimcə, Rusiya tərəfi tranzit məsələsində olduqca maraqlıdır. Çünki bu həm siyasi, həm də iqtisadi baxımdan ciddi əhəmiyyət kəsb edir. Əgər onlar bu ərazidən keçirlərsə, sözsüz ki, bu yola onların nəzarəti mümkündür. Nəzarətin hansı səviyyədə olacağını bilmək vacib deyil, sadəcə onu anlamalıyıq ki, bu, mümkündür”.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda “Sülh qovşağı” adlı forumda çıxışı zamanı deyib.

Baş nazirin həmin çıxışı Rusiya sərhəd qüvvələrinin Zəngəzur dəhlizinə nəzarətinin mümkünlüyünü istisna etmir. Yəni N.Paşinyan deyir ki, dəhlizə nəzarət funksiyası Rusiya Federal Təhlükəsizlik Xidmətinə verilə bilər.

Bir müddət əvvəl isə Ermənistan parlamentinin sədri Alen Simonyan Zəngəzur dəhlizi ilə bağlı sensasiya sayılacaq bəyanatla çıxış edib:

“Əgər nə vaxtsa imkan yaranarsa və ya iki ölkə arasında kommunikasiyalara nəzarətin başqa təşkilata verilməsi variantına qayıtmaq təklifi olarsa, o zaman bu məsələ müzakirə oluna bilər. Amma düşünmürəm ki, bu, hansısa regional ölkə olacaq”.

Analitiklər bildirirlər ki, Ermənistan parlamentinin sədri bu açıqlamasında region ölkəsi olan Rusiyanı nəzərdə tuturdu. Xatırlamaq yerinə düşər ki, Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası çərçivəsində Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirib.

Belə görünür, ikitərəfli danışıqlar zamanı Vladimir Putin Ermənistan Baş nazirini kommunikasiyalara nəzarətin Rusiya tərəfindən həyata keçirilməsi məsələsində razı salıb.

Bəs nə dəyişib ki, Nikol Paşinyan geri addım atıb?

Siyasi şərhçi Oqtay Qasımov bildirib ki, hazırkı durumda bu savaşda təşəbbüs müəyyən qədər Rusiyanın tərəfində olduğundan Nikol Paşinyan həm də bu reallıqları hesablayır:

“Rusiya nə qədər bölgədə zəifləsə də, hələ də tam şəkildə bölgədən çəkilməyib və onun Ermənistana təsir etmə imkanları qalmaqdadır. Xüsusilə də iqtisadi sahədə münasibətlərin sürətlə inkişafı və son 3 ildə bu əlaqələrin ticarət həcminin 6 dəfə artması Nikol Paşinyanın fikirlərinə təsir edən amildir”.

Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Siyasət
22 noyabr 2024
Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Siyasət
22 noyabr 2024
COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

Siyasət
22 noyabr 2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul etdi

İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul etdi

Siyasət
22 noyabr 2024
COP29-da dünya tarixinə damğa vuracaq qərar veriləcək? - BAKU AKTUAL

COP29-da dünya tarixinə damğa vuracaq qərar veriləcək? - BAKU AKTUAL

Siyasət
22 noyabr 2024
Stiven Kornelius COP29-da həyəcan təbili çaldı | Həyatımız təhlükə altında olacaq

Stiven Kornelius COP29-da həyəcan təbili çaldı | Həyatımız təhlükə altında olacaq

Siyasət
22 noyabr 2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib

İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib

Siyasət
22 noyabr 2024
COP29-dakı maliyyə hədəflərində son vəziyyət | Nələr müzakirə olunur?

COP29-dakı maliyyə hədəflərində son vəziyyət | Nələr müzakirə olunur?

Siyasət
22 noyabr 2024
Putindən Qərbə xəbərdarlıq | 3-cü Dünya müharibəsi təhlükəsi | Livan atəş altında - SALAM BAKU

Putindən Qərbə xəbərdarlıq | 3-cü Dünya müharibəsi təhlükəsi | Livan atəş altında - SALAM BAKU

Siyasət
22 noyabr 2024
Mavi və yaşıl zonada mühüm tədbirlər keçiriləcək | COP29-un 12-ci günü

Mavi və yaşıl zonada mühüm tədbirlər keçiriləcək | COP29-un 12-ci günü

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon