Paşinyan Moskvada hansı məsələdə susdu? | Şarmazanovdan qalmaqallı açıqlama
“Oktyabrın 8-də Moskvada keçirilən MDB dövlət başçılarının sammitində liderlər İkinci Dünya müharibəsində öz xalqlarının rolu və gördüyü işlərdən danışıblar”.
Bunu Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.
O, Ermənistan rəhbərliyinin bu mövzuda heç bir fikir səsləndirmədiyini bildirib:
“Bütün liderlər xalqlarının 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində gördüyü işlər haqda xatırlatma ediblər. Azərbaycan Prezidenti İlham Əliyev də onlardan biri idi. İ.Əliyev qələbədə Sovet Azərbaycanı, Bakı nefti və müharibədə payı olan azərbaycanlıların rolunu vurğuladı.
Moskvada elə bir təəssürat yaranmışdı ki, sanki qələbənin əsas təminatçılarından biri onlardır, Bakı nefti olmasa, məğlubiyyət qaranti idi. Lakin Ermənistanın Baş naziri Nikol Paşinyan sadəcə susdu, heç bir şey danışmadı. Nə Sovet Ermənistanı, nə də müharibəyə qoşulan ermənilər haqda bir kəlmə də demədi”.
Qeyd edək ki, 7-8 oktyabr tarixlərində Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib.